DÜNYA


Norveçdə çalışan neft şirkətləri 2019-cu il üçün investisiya proqnozunu azaldıblar

Stokholm, 21 fevral, AZƏRTAC

Norveçdə çalışan neft şirkətləri 2019-cu il üçün investisiya proqnozunu azaldıblar.

AZƏRTAC bu barədə “Reuters” agentliyinə istinadla xəbər verir. Qeyd olunur ki, Norveçin Statistika Agentliyinin (SSB) yeni göstəricilərinə əsasən bu ölkədə çalışan neft və qaz şirkətləri özlərinin 2019-cu ilə olan investisiya proqnozlarını 172,7 milyard kronadək (təqribən 20,06 milyard ABŞ dolları) azaldıblar. Daha əvvəl proqnozlar bu sahəyə 175,3 milyard kron həcmində investisiya vəd edirdi.

Hətta 2020-ci ildə investisiyaların 158,5 milyard kronadək azaldılacağı gözlənilir.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.