Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib VİDEO
Bakı, 23 sentyabr, AZƏRTAC
Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən, “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”na daxil olan Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun direktoru Ceyhun Paşayevin verdiyi məlumata görə, təbiət hadisəsi bu gün saat 08:53 radələrində qeydə alınıb.
İkinci püskürmə saat 09:58 radələrində baş verib. Hazırda püskürmə prosesi davam edir. Alovun hündürlüyü 200-300 metrdir. Ərazidə çoxlu sayda dərinliyi 40 metrə çatan çatlar yaranıb.
Xatırdaq ki, dünyanın ikinci böyük palçıq vulkanı olan Otman-Bozdağ vulkanında son püskürmə 2017-ci il fevral ayının 6-da baş verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.11.2026 [12:32]
Sabah hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaqVİDEO
- 02.11.2026 [13:44]
Ötən ay ölkə ərazisində havanın temperaturu 25 gün normadan yuxarı olub
- 02.11.2026 [13:01]
Sabahın hava proqnozu açıqlanıb VİDEO
- 31.10.2026 [15:37]
Sabah rayonlarda hava əsasən yağmursuz olacaq
- 31.10.2026 [13:53]
Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb VİDEO
- 30.10.2026 [15:04]
Noyabr ayına olan hava proqnozu açıqlanıb
- 30.10.2026 [14:55]
Həftəsonu hava şəraiti necə olacaq? VİDEO
- 30.10.2026 [12:45]