DÜNYA


Pakistanda “Talibanın atası” ləqəbli Sami al-Xak qətlə yetirilib

İslamabad, 3 noyabr, AZƏRTAC

Pakistanın şimalında ölkə Senatının sabiq üzvü, “Talibanın atası” ləqəbli Sami al-Xak öldürülüb.

AZƏRTAC Pakistan mətbuatına istinadən xəbər verir ki, Sami al-Xak Ravalpindi şəhərindəki evində odlu silahdan açılan atəşlə qətlə yetirilib. Evə hücum edənlərin şəxsiyyətləri barədə hələlik heç bir məlumat yoxdur. Araşdırma aparılır.

Sami al-Xak “Taliban” hərəkatının banisi Məhəmməd Umarla yaxın əlaqələri olan şəxs kimi tanınırdı.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.