CƏMİYYƏT
Paytaxtda sürücü piyadanı vuraraq hadisə yerindən qaçıb
Bakı, 25 noyabr, AZƏRTAC
Nəsimi rayonu ərazisində yolu keçən Bakı şəhər sakini R.Əliyev müəyyənləşməmiş avtomobillə vurulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hadisə nəticəsində piyada xəstəxanaya yerləşdirilib.
Yol-nəqliyyat hadisəsinin “Ravon” markalı avtomobillə törədilməsi rayon polis idarəsinin 20-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müəyyənləşib.
Həmin nəqliyyat vasitəsini idarə edən sürücünün saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Hadisə ilə bağlı rayon polis idarəsi tərəfindən araşdırma davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]