MƏDƏNİYYƏT
“Qala” Qoruğunda Silahlı Qüvvələr Günü qeyd olunub





Bakı, 25 iyun, AZƏRTAC
"Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib.
Qurumun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ordu quruculuğu sahəsində gördüyü işlərdən danışıb, qəhrəman şəhid və qazilərin döyüş yolundan bəhs ediblər. Bildiriblər ki, xalqımızın qazandığı böyük Zəfər gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına böyük təsir göstərir.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, müharibə iştirakçıları, şəhid ailələri və ağsaqqallar iştirak ediblər.