“SAVALAN” QRUPU PAKİSTANDAN XÜSUSİ MÜKAFAT VƏ DİPLOMLARLA QAYITMIŞDIR
AZƏRTAC xəbər verir ki, Dövlət “Yuğ” Teatrının “Savalan” qrupu Pakistanda keçirilən Beynəlxalq mistik sufi musiqi festivalından qayıtmışdır.
Qrupun rəhbəri Novruz Novruzov bildirmişdir ki, kollektiv festivala Mədəniyyət və Turizm Nazirliyinin təqdimatı ilə qatılmış və xüsusi proqramla çıxış etmişdir.
Festivalda Suriya, Türkiyə, Avstraliya, Bosniya-Herseqovina, Hindistan, Özbəkistan, İran, Misir, Seneqal, Əfqanıstan, Kanada və digər ölkələri təmsil edən 79 qrupun ifası dinlənilmişdir.
“Savalan” qrupu Yunis İmrənin “Olsun” bəzmi-ürfan məclisini təqdim etmişdir. Pakistan tamaşaçıları ifaları alqışlarla qarşılamışlar.
N.Novruzov bildirmişdir ki, ifadan heyrətlənən festivalın prezidenti Faizaan Peerzada “Savalan” qrupunun çıxışlarına yüksək qiymət vermişdir. Faizaan Peerzadanın təklifi ilə qrupun adı dünya mistik sufi külliyyatında qeyd edilmiş, gələcəkdə bu səpkili bütün festivallarda qrupun hökmən iştirak edəcəyi bildirilmişdir.
Sonda qrupa festivalın prezidentinin və Pakistan Mədəniyyət Nazirliyinin diplomları, xüsusi mükafatları təqdim edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2026 [14:12]
İngiltərənin nağılvari kəndləri: Kotsvoldsa səyahət - REPORTAJ
- 26.08.2026 [13:30]
Laçın Şəhəri Günü rəngarəng mədəni proqramlarla qeyd olunur YENİLƏNİB VİDEO
- 26.08.2026 [12:12]
Laçın Şəhəri Günü münasibətilə Milli Kitabxanada kitab sərgisi açılıb
- 26.08.2026 [10:00]
Muğamın yaddaş məkanı: Beynəlxalq Muğam Mərkəzi VİDEO
- 26.08.2026 [09:00]
Nəsilləri birləşdirən milli musiqimizin şah əsəri - Azərbaycan muğamı
Sabahın hava proqnozu açıqlanıb
- [13:01]
Bankların cəmi aktivləri artıb
- [12:03]
Bu saata olan əsas xəbərlər
- [12:00]