RƏSMİ XRONİKA


Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilib YENİLƏNİB-1 VİDEO

Sankt-Peterburq, 28 dekabr, AZƏRTAC

Dekabrın 28-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edib.

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

MDB dövlət başçıları birgə foto çəkdiriblər.

Rusiya Prezidenti Vladimir Putin görüşdə çıxış edib.

Sonra koronavirus pandemiyasına qarşı mübarizə məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin