İQTİSADİYYAT


Sentyabrda poçt, kuryer və rabitə xidmətlərinin qiymətlərində dəyişiklik olmayıb

Bakı, 21 oktyabr, AZƏRTAC

Cari ilin sentyabr ayında poçt, kuryer və rabitə xidmətlərinin qiymətlərində əvvəlki ayla müqayisədə dəyişiklik müşahidə olunmayıb.

Bu barədə AZƏRTAC-a Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyd edək ki, rabitə xidmətlərinin dəyəri - rabitə müəssisəsinin əsas fəaliyyətindən əldə olunan gəlirlərdir və bu göstərici idarə, müəssisə və təşkilatlara, habelə əhaliyə göstərilmiş rabitə xidmətləri müqabilində rabitə müəssisəsinin əldə etdiyi pul vəsaitinin cəmini xarakterizə edir. Buraya poçt rabitəsi, feldyeger və xüsusi rabitə, sənədli elektrik rabitəsi, şəhərlərarası və beynəlxalq telefon rabitəsi, şəhər telefon rabitəsi, kənd telefon rabitəsi, radiorabitə, radio və televiziya yayımı və peyk rabitəsi, naqilli səs yayımı üzrə radiotezliklərin ayrılması, qeydiyyatı, istismarı və nəzarəti, naqilsiz radiorabitə üzrə, mobil telefon rabitəsi, internet xidmətləri, İSDN, ADSL və HDSL, DATA xidmətləri, simsiz yerli telefon rabitəsi xidmətləri və digər rabitə xidmətləri üzrə əldə olunmuş gəlirlər daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.