DÜNYA


Sudanın müxalifət qüvvələri idarəçi Suveren Şuraya üzv olacaq beş namizədinin adını açıqlayıb

Əddis-Əbəbə, 18 avqust, AZƏRTAC

Sudanın əsas müxalifət birliyi olan “Azadlıq və dəyişikliklər” alyansı yeni formalaşan idarəçi Suveren Şuraya öz beş namizədinin adlarını açıqlayıb.

AZƏRTAC yerli KİV-ə istinadla xəbər verir ki, müxalifət qüvvələri alimlər Ayşə Musa və Siddik Tauer, jurnalist Məhəmməd əl-Faki, hüquqşünas Taxa Osman və Sudanın ən qocaman “Al-Umma” müxalifət partiyasının keçmiş liderlərindən biri Hasan Şeyx İdrisin namizədliklərini irəli sürüb.

Xatırladaq ki, avqustun 17-də Sudanın paytaxtı Xartumda ölkənin Hərbi Şurası və əsas müxalifət birliyi olan “Azadlıq və dəyişikliklər” alyansı arasında Konstitusiya Bəyannaməsi və siyasi sazişin yekun variantı imzalanıb. İdarəçi Suveren Şuranın yaradılması imzalanmış Konstitusiya deklarasiyasının əsas müddəalarından biridir. Şuraya 11 nəfər - 5 nəfər Hərbi Şuradan, 5 nəfər “Azadlıq və dəyişikliklər” müxalifat alyansından və 1 nəfər hər iki tərəfin razılığı əsasında daxil olacaq.

 

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əddis-Əbəbə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.