Şuşada ilk yaşayış kompleksinin tikintisinə başlanılır – tender elan olundu
Bakı, 16 mart, AZƏRTAC
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi Şuşada ilk yaşayış kompleksinin tikintisi üçün tender elan edib.
İdarədən AZƏRTAC-a bildiriblər ki, 6 blokluq yaşayış kompleksi 24 binadan ibarət olacaq və tender ilk iki blokun tikintisi üçün keçirilir. Yaşayış kompleksi şəhərin yuxarı hissəsində, tanınmış “Realnı” məktəbinin yaxınlığında yerləşən 8 hektarlıq sahədə tikiləcək.
Açıq tenderdə tikinti işlərini yerinə yetirmək üçün qanunvericiliyə uyğun olaraq lazımi maliyyə, texniki imkanlara və təcrübəyə malik bütün şirkətlər qatıla bilər. Tender elanı ilə https://etender.gov.az/ portalında tanış olmaq olar.
Tenderdə iştirak etmək istəyən təşkilatlar şərtlər toplusunu aldıqdan sonra elanda qeyd olunan ünvana tələb olunan hüquqi sənədlərlə birgə öz təkliflərini ikiqat qapalı zərfdə təqdim edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.05.2026 [14:01]
Hacıqabulda toxumluq əkinlərdə aprobasiya prosesi həyata keçirilib
- 25.05.2026 [13:24]
İsmayıllı sakini: Dövlətin dəstəyi sayəsində həyatımda yeni səhifə açıldı
- 25.05.2026 [12:29]
Biləsuvarda faciə: 24 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürüb
- 25.05.2026 [11:27]
Qazax məktəbliləri intellektual yarışda biliklərini sınayıblar
KLİK Proqramı 6 ay davam edəcək
- [13:00]
Əlincə qalasında “Turan marşı”
- [12:37]
Bu saata olan əsas xəbərlər
- [12:00]