ELM VƏ TƏHSİL


Turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsinə dair təcrübə proqramı uğurla tətbiq edilir

Bakı, 12 fevral, AZƏRTAC 

“Turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsinə dair praktik təcrübə proqramı” cari ildə də peşə təhsili müəssisələrində tətbiq olunur.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, aşpazlıq təcrübəsi Turizm və Sosial Xidmətlər, habelə İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində (BDTM), Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində, Qusar peşə liseyində, İsmayıllı Peşə Tədris Mərkəzində keçiləcək. Oteldə konsyerj xidməti üzrə təcrübə Turizm və Sosial Xidmətlər üzrə BDPTM, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində, mehmanxanada təsərrüfat işləri üzrə nəzarətçilik təcrübəsi Turizm və Sosial Xidmətlər, habelə İctimai İaşə və Xidmət üzrə BDPTM, Qəbələ Peşə Təhsil Mərkəzi və Qusar Peşə Liseyində keçiləcək.

Xatırladaq ki, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, “British Council”, turizm sənayesi müəssisələri və Birləşmiş Krallığın “People 1st” təşkilatının birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsinə dair praktik təcrübə proqramı” Azərbaycanda uğurla tətbiq edilir.

Proqramın əsas məqsədi peşə təhsili sektorunda gənclərin bilik və qabiliyyətlərini inkişaf etdirərək onların karyera imkanlarını artırmaq, işəgötürənləri iş üzrə təcrübə proqramı vasitəsilə təhsil proqramlarına cəlb etmək, peşə təhsilinin turizm sektorunun inkişafında rolunu artırmaqdan ibarətdir.

“Turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsinə dair praktik təcrübə proqramı”na cəlb olunan peşə təhsili müəssisələrinin tələbələrinin 60 faizindən çoxu işlə təmin edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.