İDMAN


Türkiyədə Qaradəniz və Xəzəryanı ölkələrin təmsilçiləri arasında karate çempionatı keçiriləcək

Bakı, 21 avqust, AZƏRTAC

Avqustun 23-dən 25-dək Türkiyənin Rizə şəhərində uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteranlar arasında Qaradəniz və Xəzəryanı ölkələrin təmsilçiləri arasında növbəti karate çempionatı keçiriləcək.

Azərbaycan Milli Karate Federasiyasından (AMKF) AZƏRTAC-a verilən məlumata görə, Azərbaycanı yarışda 200-dək karateçisi təmsil edəcək. Turnirdə 7, 8 və 9 yaşlı idmançılar fərdi və komanda kata yarışlarında çıxış edəcəklər. On yaşdan yuxarı idmançılar isə həm fərdi kata və kumite, həm də komanda kata və kumite yarışlarında mübarizə aparacaqlar.

Bu çempionat son üç ildə Sumqayıtda və Bakıda keçirilib. Bu təşkilata Dünya Karate Federasiyasının (WKF) tərkibinə Azərbaycanla birgə, region dövlətlərindən Türkiyə, Bolqarıstan, Rumıniya, Rusiya, Ukrayna, Gürcüstan, Ermənistan, İran, Qazaxıstan, Türkmənistan və Özbəkistan karate federasiyaları daxildir. Turnirdə 6 ölkədən 109 klubun tərkibində 670 idmançı iştirak edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.