DÜNYA


Vladimir Zelenski: Ukraynanın yeni Baş Naziri müstəqil və peşəkar iqtisadçı olmalıdır

Kiyev, 21 iyul, AZƏRTAC

Ukraynanın yeni Baş Naziri peşəkar iqtisadçı olmalı və hər hansı siyasətlə bağlılığı olmamalıdır.

AZƏRTAC xəbər verir ki, növbədənkənar parlament seçkilərində səsvermədən sonra bu barədə jurnalistlərə Ukrayna Prezidenti Vladimir Zelenski məlumat verib.

V.Zelenski Baş Nazir seçimində mövqeyinin dəyişməz qaldığını açıqlayıb: “Hesab edirəm ki, Ukraynanın yeni Baş Naziri tam müstəqil, peşəkar iqtisadçı olmalıdır. Nə vaxtsa Baş Nazir, spiker, hansısa partiyanın lideri olmayan şəxs yeni Baş Nazir postuna layiqdir. Hazırda bununla bağlı məsləhətləşmələr aparılır”.

Qeyd edək ki, bu gün Ukraynada növbədənkənar parlament seçkiləri keçirilir. Yeni parlament formalaşandan sonra Ukraynanın yeni Baş Naziri seçiləcək.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.