MƏDƏNİYYƏT


Xalq artisti Rafael Dadaşovun xatirəsi anılıb

Bakı, 19 noyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Şüvəlan qəsəbə Mədəniyyət evində Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq artisti Rafael Dadaşovun 75 illik yubileyinə həsr olunan tədbir keçirilib.

İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirin aparıcısı Aytac Vahabova sənətkarın ömür yolu haqqında ətraflı məlumat verib. Qeyd edib ki, ömrünün 40 ildən çoxunu sənətə həsr edən Rafael Dadaşovun həyat və yaradıcılıq yolu maraqlı və bir o qədər də məzmunludu. Xalq artisti teatr aləminə qədəm qoyduğu ilk vaxtlardan sənətsevərlərin qəlbinə yol tapmağa müvəffəq olub. O, Akademik Milli Dram Teatrının səhnəsində uzun illər ərzində müvəffəqiyyətlə çıxış edərək yüzə yaxın müxtəlif xarakterli, yaddaqalan obrazlar qalereyası yaradıb. Xalq artisti teatra olduğu kimi, televiziya tamaşalarına da baxımlılıq gətirib, müəlliflərin məqsəd və məramlarını yaradıcılığı vasitəsilə tamaşaçıya çatdırıb. Sənəti dərindən duyma qabiliyyətinə görə romantik və realist aktyor məktəbinin davamçısı olan sənətkara bu mənada müxtəlif səpkili, xarakterik rollar həvalə edilib.

Tədbirdə sənətkarın həmkarı, Əməkdar artist Vahid Əliyev çıxış edərək Rafael Dadaşovun həyat və yaradıcılığından danışıb, onunla bağlı xatirələrini bölüşüb. Həmçinin gənc və istedadlı ifaçı Manaf Əliyevin, Şüvəlan qəsəbə Mədəniyyət evinin “Şüvəlan” ansamblının rəhbəri Elçin Əlibəylinin, sazda Rəsul Qayıbovun ifaları gələn qonaqlarda xoş təəssürat yaradıb.

Sonda sənətkarın yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.