Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalqa bağışlanmış ömürdən anlar: 1998-ci ilin noyabrı

Bakı, 12 aprel, AZƏRTAC

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

X X X

2 noyabr. Prezident Heydər Əliyev türkiyəli alim və siyasətçi Ərdal İnönü ilə görüşdü.

6 noyabr. Nazirlər Kabinetinin ölkənin iqtisadi və sosial inkişafının yekunlarına həsr olunmuş geniş iclasını keçirdi.

10 noyabr. ABŞ Konqresinin nümayəndə heyətini qəbul etdi.

11 noyabr. 12 Noyabr - Konstitusiya Günü münasibətilə Azərbaycan xalqına təbrik ünvanladı.

12 noyabr. Görkəmli alim Azad Mirzəcanzadənin 70 illik yubiley tədbirində iştirak etdi.

15 noyabr. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Fikrət Əmirovun “Sevil” operasının yeni quruluşda ilk tamaşasına baxdı.

16 noyabr. ABŞ-nin yəhudi təşkilatları başçılarının nümayəndə heyətini qəbul etdi.

21 noyabr. Yeni Azərbaycan Partiyasının yaradılmasının 6-cı ildönümünə həsr olunmuş tədbirdə nitq söylədi.

24 noyabr. Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı İlham Kılıcı qəbul etdi.

28 noyabr. Prokurorluq orqanlarının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda nitq söylədi.

30 noyabr. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Əlillərin Birinci Ümumrespublika Bədii Yaradıcılıq baxış-müsabiqəsi qaliblərinin yekun konsertinə baxdı.

X X X

Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan tədricən iqtisadi-sosial, siyasi böhrandan çıxır, respublika inkişaf yoluna qədəm qoyurdu. 1996-cı ildə vəziyyət sabitləşdi, 1997-ci ildən başlayaraq bir çox sahələrdə irəliləyiş başlandı. Təbii ki, bu nailiyyətlərin arxasında müdrik siyasət, nəticələrə hesablanmış strategiya və gərgin səylər dayanırdı. 1998-ci il noyabrın 6-da Nazirlər Kabinetinin ölkənin iqtisadi və sosial inkişafının yekunlarına həsr olunmuş geniş iclasında çıxış edən Heydər Əliyev son illərdə Azərbaycan iqtisadiyyatının ümumi mənzərəsinə diqqət çəkdi, müsbət dəyişiklikləri şərtləndirən amillərdən danışdı.

Sitat: Biz 1996-cı ildə vəziyyəti sabitləşdirə bildik, 1997-ci ildə artım əldə etdik və 1998-ci ildə bu artım daha da inkişaf edibdir. Bunu qiymətləndirmək lazımdır, çünki keçən illərdə ölkəmizdə sosial-iqtisadi vəziyyət o qədər ağır idi, o qədər çətin idi, hətta bəzən mən özüm də təsəvvür edə bilmirdim ki, bu vəziyyətdən biz tam çıxa biləcəyik, yoxsa yox və nə vaxt çıxa biləcəyik. Bu nailiyyətlər özü-özlüyündə baş verməyibdir, 1994, 1995-ci illərdən başlayaraq bizim apardığımız iqtisadi siyasətin, ümumiyyətlə, daxili siyasətimizin nəticəsidir və bununla bərabər ardıcıl surətdə apardığımız xarici siyasətin nəticəsidir... Bizim böhran vəziyyətindən çıxmağımız və artıq inkişaf yolu ilə getməyimiz müstəqil Azərbaycanın həyatında yeni bir mərhələdir və bu gün tam qətiyyətlə demək olar ki, biz 1998-ci ili də bu nailiyyətlərlə başa çatdıra biləcəyik və 1999-cu ildə daha da sürətlə inkişaf etməyin əsasını qoyacağıq.

Müasir tariximizin ən mühüm, taleyüklü hadisələrindən biri 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunmasıdır. Demokratik inkişaf, hüquqi dövlətçilik və insan haqları sahəsində mütərəqqi dünya təcrübəsinin başlıca nailiyyətlərini özündə əks etdirən bu sənədin qəbul edildiyi tarix - 12 Noyabr ölkəmizdə Konstitusiya Günü kimi qeyd olunur. 1998-ci ildə bu əlamətdar gün münasibətilə Azərbaycan xalqına təbrikində Konstitusiyanın əhəmiyyətindən, milli dövlət quruculuğundakı rolundan danışan Heydər Əliyev deyirdi: “Çoxəsrlik dövlətçilik ənənələrimizə, milli və ümumbəşəri dəyərlərə söykənərək yaradılan, müstəqil dövlətimiz və xalqımız üçün taleyüklü əhəmiyyət kəsb edən bu Konstitusiya Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu üçün əsaslı zəmin yaratmışdır. Xalqımızın keçdiyi tarixi yolun, müstəqillik uğrunda apardığı ardıcıl mübarizənin məntiqi yekunu və parlaq təntənəsinin əksi olan Konstitusiyamız xalqın iradəsini ifadə edərək dövlətimizin fəaliyyətinin əsas istiqamətlərini, demokratik dövlət quruculuğu prosesinin başlıca prinsiplərini, vətəndaşların əsas hüquq və vəzifələrini müəyyən etmişdir. Azərbaycanda demokratik proseslərin getdikcə dərinləşdiyi, hüquqi dövlət və vətəndaş cəmiyyətinin inkişaf etdiyi bir mərhələdə Konstitusiyanın əsas müddəalarının həyata keçirilməsi, respublika həyatının bütün sahələrinin yeniləşməsində onun açdığı geniş imkanlardan hərtərəfli istifadə olunması hər bir vətəndaşdan böyük səy və məsuliyyət tələb edir. Qarşımızda duran ən mühüm vəzifə Konstitusiyanın əsas prinsiplərini dərindən mənimsəmək, respublika həyatına tətbiq etmək və onun verdiyi təminatları reallaşdırmaqdan ibarətdir”.

Ümummilli Liderin mədəniyyətimizə diqqət və qayğısına, mədəniyyət xadimlərinə həssas münasibətinə dair çoxsaylı misallar göstərmək olar. Onun Qara Qarayev, Fikrət Əmirov, Niyazi və Müslüm Maqomayev kimi Azərbaycan musiqisinin korifeyləri ilə şəxsi dostluğu yaradıcılıq axtarışlarına stimul verir, bir-birindən dəyərli əsərlərin yaranması ilə nəticələnirdi. Bu əsərlər Heydər Əliyevin diqqətindən kənarda qalmırdı. Dahi rəhbər 1998-ci il noyabrın 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Fikrət Əmirovun “Sevil” operasının yeni quruluşda ilk tamaşasına baxdı. Tamaşadan sonra teatrın yaradıcı kollektivi ilə görüşdü, xatirələrini və əsər barədə fikirlərini onlarla bölüşdü.

Sitat: 45 il öncə “Sevil” operası yarananda da mən onun ilk tamaşasında olmuşam. Rəhmətlik Fikrət Əmirovla mənim şəxsi münasibətlərim və dostluğum var idi. O, bu operanı yazarkən, hələ əsər səhnəyə qoyulmamış, bir neçə dəfə görüşlərimizdə opera üzərində işləməsi haqqında mənə danışmışdı, söyləmişdi. 50-ci illərin əvvəllərində bu operanın yaranması ictimaiyyətə artıq məlum idi. Ona görə də operasevərlər bu əsəri səbirsizliklə gözləyirdilər. Hamı düşünürdü, - görəsən əsər necə alınacaq? Çünki “Sevil” öz süjetinə görə yeni əsər deyil. Bu pyesi Cəfər Cabbarlı yaradıbdır. Deyə bilərəm ki, Cəfər Cabbarlının “Sevil” pyesi Azərbaycanın ictimai-siyasi həyatında çox böyük rol oynamışdır. Qadın azadlığı, insan mənəviyyatı mövzusunun qələmə alınmasında Cəfər Cabbarlının xidmətləri böyükdür. Onun pyeslərinin hər biri, demək olar ki, “Sevil” tamaşası qədər böyük əhəmiyyətə malik əsərlərdir. Ancaq “Sevil” pyesinin yarandığı dövrdə - 1920-1930-cu illərdə Azərbaycanda gedən ictimai-siyasi proseslərdə, qadınların azadlığının əldə olunması prosesində bu əsər çox böyük rol oynamış, güclü təsir bağışlamışdır. Deyirdilər ki, o vaxt qadınlar Bakıda indi bizim bərpa etdiyimiz Hacı Zeynalabdin Tağıyevin teatrına çadra altında gəlirdilər. Bunu siz də tamaşada göstərdiniz. Əsər o qədər təsirli idi ki, tamaşaya baxan qadınlar heç nədən - atasından, qardaşından, ərindən çəkinmədən zaldan çadralarını atıb çıxırdılar.

1998-ci ilin noyabrında Yeni Azərbaycan Partiyasının yaradılmasının 6-cı ildönümü tamam oldu. Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Ulu Öndər partiyanın yaranmasını tarixi hadisə kimi qiymətləndirdi. Vurğuladı ki, Yeni Azərbaycan Partiyası ötən müddətdə öz proqramına, prinsiplərinə, amallarına sadiq olduğunu sübut edib və ölkəmizin həyatında önəmli yer tutaraq həyatın bütün sahələrinə müsbət təsirini göstərib.

Sitat: Yeni Azərbaycan Partiyası respublikamızda indi mövcud olan bütün partiyalardan keyfiyyətcə ona görə fərqlənir ki, bunu yaradanlar Azərbaycan, millətimiz, dövlətçiliyimiz haqqında düşünərək axtarışlarla məşğul olmuş, fikir mübadilələri, məsləhətlər aparmış və ölkəmizin o ağır dövründə müstəqil Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsində, ictimai-siyasi vəziyyətin normallaşmasında öz xidmətlərini göstərmək üçün bu partiyanın yaranması fikrinə gəlmişlər və bu təşəbbüslə çıxış etmişlər. Partiyanın yaranma tarixi və yaranma günündən əvvəlki proseslər məlumdur. Bu barədə bugünkü çıxışlarda da deyildi. Ancaq mən bunu bir daha ona görə qeyd edirəm ki, bu partiyanı yaradan insanlar şəxsi mənafe haqqında düşünməmişlər, Azərbaycan xalqının taleyi, ölkəmizin milli mənafeyi, müstəqilliyi, dövlətçiliyi haqqında düşünmüşlər. Ona görə də çıxış yolu olaraq öz ictimai-siyasi fəaliyyətlərini həyata keçirib, öz xalqına, vətəninə, millətinə xidmət etmək üçün Yeni Azərbaycan Partiyasını bir vasitə kimi yaratmışlar”.

Müstəqil Azərbaycanda əlilliyi olan şəxslərlə bağlı dövlət siyasətinin əsası hələ ötən əsrin 90-cı illərinin ortalarında Heydər Əliyev tərəfindən qoyulub. Həmin dövrdən başlayaraq fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyası istiqamətində davamlı addımlar atılır, onların istedadlarının üzə çıxarılmasına və inkişafına hər cür şərait yaradılırdı. Əlillərin Birinci Ümumrespublika Bədii Yaradıcılıq baxış-müsabiqəsi buna bariz nümunələrdən biridir. Müsabiqə qaliblərinin yekun konsertinə baxan Ulu Öndər tədbirdən sonra çıxış etdi, dövlətin əlilliyi olan şəxslərə qayğısından danışdı, bu tədbiri təqdirəlayiq təşəbbüs kimi qiymətləndirdi.

Sitat: Azərbaycanda əlillər dövlətin, cəmiyyətin daim qayğısı ilə əhatə olunublar. Bugünkü qeyri-adi gözəl mərasim də məhz bunu əyani surətdə sübut edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə Azərbaycanda son aylar əlillərin istedadlarını araşdırmaq və yüksək istedadlıları cəmiyyətə təqdim etmək üçün keçirilmiş müsabiqəni, festivalı mən ölkəmizdə baş vermiş əlamətdar bir hadisə kimi qiymətləndirirəm. Bu təşəbbüs həqiqətən çox təqdirəlayiq təşəbbüsdür və bunların nəticəsində biz, Azərbaycan ictimaiyyəti bir daha görürük ki, əlillərə nə qədər böyük qayğı vardır və onların bu problemləri ilə məşğul olaraq, eyni zamanda onların istedadlarının inkişaf etməsi üçün də imkanlar yaradılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rəqabət sahəsi üzrə təkmilləşdirilən hüquqi çərçivə və bazar rəqabətini təşviq edən qaydalar müzakirə olunub

Qızılın qiyməti 3 ayın ən yüksək həddini keçib

“Neftçi” Azərbaycan çempionatlarında 300-cü ev qələbəsini qazanıb

“Neftçi” U-15 dünya çempionatı üçün ilk seçim turnirinin qalibi olub

Özbəkistan millisinin sabiq futbolçusu: Azərbaycanla idman sahəsində əməkdaşlıq yeni, daha yüksək mərhələyə yüksəlir

Azərbaycan və Özbəkistan münasibətləri yeni tarixi mərhələ astanasında ŞƏRH

Böyük Britaniyanın Baş naziri Kiyevdə Ukraynaya yeni dəstəyi açıqlayacaq

Avropa çempionatı: Azərbaycanın voleybol millisi Rumıniyanı sınağa çəkəcək

Magistraturanın boş qalan plan yerlərinə qəbul elan edilir

Mövsümdə ilk, “Neftçi” üçün 150-ci böyükhesablı qələbə

Azərbaycan millisinin voleybolçusu: Hər oyun qızıl dəyərindədir

“Magistr” jurnalının 6-cı nömrəsi nəşr olunub

Samuxda fitosanitar monitorinqlər aparılıb

Bakının parklarında açıq hava konsertləri davam edir

® Səfir Lu Mey Oğuz, Şəki və Qəbələdəki müəssisələri ziyarət edib

“Netflix”, “eBay” və “Anthropic” Azərbaycanda vergi uçotuna alınıb - EKSKLÜZİV

Bakıda ilk dəfə “IRONMAN 70.3” triatlon yarışı keçiriləcək VİDEO

Bakıda ilk dəfə “IRONMAN 70.3” triatlon yarışı keçiriləcək VİDEO

Astara və Lənkəranda sahibkarların müraciətləri dinləniləcək

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Neft qiymətləri ucuzlaşır VİDEO

Neft qiymətləri ucuzlaşır VİDEO

Milli Məclisin deputatları Qazaxıstandakı seçki prosesini izləyiblər

Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib

BDYPİ-dən yol hərəkəti iştirakçılarına müraciət: Sükan arxasında telefondan istifadə etməyin

Baba sənətinin layiqli davamçısı - halvaçı Əfülfəz Nadiroğlu

Bu gün paytaxtın və regionların bir hissəsi işıqsız qalacaq

Paytaxtın hansı yollarında nəqliyyatın sıxlığı müşahidə olunur? - siyahı

ABŞ-də uşaqlar arasında ikinci tip diabetin yayılması 10 dəfə artıb

ABŞ İrana qarşı “maliyyə hücumu”na başlayır

İzmirdə 2200 litr saxta spirtli içki müsadirə edilib

Polşa ordusu üçün minlərlə “Piorun” zenit-raket kompleksi alacaq

Rusiyada qadağan olunmuş qida əlavələri satan 37 minə yaxın sayt bloklanıb

Kral III Çarlz dünyanın ən uzun sahil yolunun açılışını edib

Media: Tramp sentyabrda İrlandiyaya səfər edəcək

Ukrayna və Finlandiya birgə dron istehsalına başlayır

Qvineyada torpaq sürüşməsi nəticəsində 30-dan çox insan həlak olub

Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub YENİLƏNİB VİDEO

Türkiyədə meşə yanğını ilə bağlı on iki şübhəli həbs edilib

Mil-Muğan regionunda “Şəhərdən kəndə mədəniyyət karvanı” layihəsinə start verilib

Norveç kralı V Haraldın səhhəti pisləşib

İran Hörmüz boğazından keçid qaydalarını sərtləşdirir

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Xalq artisti Tofiq Bakıxanov vəfat edib

Prezident İlham Əliyev: “Yeni Daşkənd” layihəsi müasir şəhərsalmanın nadir əsəridir

Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək

Şavkat Mirziyoyev: Azərbaycan Prezidentinin Özbəkistana səfəri tarixi hadisədir

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib YENİLƏNİB VİDEO

Qazaxıstanda Qurultay seçkiləri: “Ədalət” partiyası 71,8 faiz səs toplayıb

Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub VİDEO

Belarus və Şimali Koreya arasında vizasız rejim tətbiq olunacaq

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar VİDEO

Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanışlıq VİDEO

Premyer Liqa: “Neftçi” 3 xalı darmadağınla qazanıb

Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatının son günündə iki medal qazanıblar

Naxçıvanda yol-nəqliyyat hadisəsi zamanı 4 nəfər xəsarət alıb

Mustafa Aşurov: Azərbaycan–Özbəkistan mədəni əlaqələrində musiqinin xüsusi rolu var

Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib YENİLƏNİB VİDEO

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 qızıl medal qazanıb

Voleybol millisinin kapitanı: Komanda yoldaşlarım əla mübarizə apardılar

Eldor Şermanov: Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələr xalqlarımızın yaxınlığını daha da möhkəmləndirir VİDEO

Eldor Şermanov: Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələr xalqlarımızın yaxınlığını daha da möhkəmləndirir VİDEO

Fərqli coğrafiya, ortaq baxış: Azərbaycan və Özbəkistanın yeni şəhərsalma modeli

Prezident: Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur

Azərbaycan Prezidenti: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir

Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub VİDEO

Prezident İlham Əliyev: Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir

Əbədi dostluq haqqında Müqavilə: Azərbaycan-Özbəkistan qardaşlığının möhkəm təməli

Azərbaycan Premyer Liqası: “Turan Tovuz” ilə “Şamaxı” komandasının qarşılaşması heç-heçə başa çatıb

Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub YENİLƏNİB VİDEO

Media əməkdaşlığı Azərbaycan və Özbəkistan xalqlarının ortaq dəyərlərini auditoriyaya çatdırmağa imkan yaradır  ŞƏRH  VİDEO

Media əməkdaşlığı Azərbaycan və Özbəkistan xalqlarının ortaq dəyərlərini auditoriyaya çatdırmağa imkan yaradır ŞƏRH VİDEO

Azərbaycanın və Özbəkistanın Xalq artisti: Bu adı daşımaq böyük qürur olmaqla yanaşı, sənət qarşısında ciddi məsuliyyətdir

Prezident İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət edib

Prezident İlham Əliyev: Azərbaycanın və Özbəkistanın irəliləmək üçün dəqiq fəaliyyət planı var

Prezident İlham Əliyev Qarabağa investisiyaların cəlb olunmasında Özbəkistan Prezidentinin xüsusi rolunu qeyd edib

Voleybol üzrə Avropa çempionatı: Azərbaycan millisi İspaniyaya qalib gəlib

Prezident İlham Əliyev: Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər çox möhkəm təməl üzərində qurulub

Prezident: Mərkəzi Asiya və Azərbaycan bu gün böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur

Bu saata olan əsas xəbərlər

Qazaxıstan Respublikasının Prezidenti Zati-aliləri cənab Kasım-Jomart Tokayevə

Vidadi Qafarov: Azərbaycan-Özbəkistan teatr əlaqələri uzun və zəngin tarixə malikdir

Nizami Gəncəvi və özbək ədəbiyyatı VİDEO

Nizami Gəncəvi və özbək ədəbiyyatı VİDEO

Qazaxıstanda Qurultaya seçkilərdə səsvermə başa çatıb YENİLƏNİB 3

Daşkənddə Azərbaycanın və Özbəkistanın birinci xanımlarının çay masası əsnasında təkbətək görüşü olub VİDEO

Sahib Paşazadə: Azərbaycan-Özbəkistan mədəni əlaqələri yeni layihələrlə daha da genişlənir

Direktor: MEK Özbəkistanın aparıcı kitabxanaları ilə geniş əməkdaşlıq edir

Azərbaycan Prezidentinin dövlət səfəri Özbəkistan mətbuatında

Əməkdar artist: Azərbaycan-Özbəkistan birgə mədəni layihələri xalqlarımızı daha da birləşdirir

Özbəkistanla yüksəksəviyyəli intensiv təmaslar effektiv nəticələr doğurur Ekspert rəyi

Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimində iştirak ediblər VİDEO

Azərbaycan və Özbəkistan alimləri iki ölkənin coğrafi və ekoloji problemlərini müqayisəli şəkildə tədqiq edirlər

Prezident İlham Əliyevin dövlət səfəri regional iqtisadi əməkdaşlıq baxımından strateji əhəmiyyət daşıyır ŞƏRH

“Fənərbağça”nın 2 futbolçusu “Lyon”la cavab oyununu buraxacaq

Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin inkişafına 50 ildən çox töhfə verən alim - Yaşar Qasımbəyli

İki dövlət arasında formalaşan yeni əməkdaşlıq modeli qarşılıqlı etimada və davamlı inkişafa töhfə verəcək RƏY

Azərbaycan Evində Estoniyanın müstəqilliyinin bərpasının 35-ci ildönümü qeyd olunub

Azərbaycan-Özbəkistan müttəfiqliyi yeni məzmun qazanır ŞƏRH

Azərbaycan-Özbəkistan idman əməkdaşlığı iki qitəni birləşdirən strateji körpüdür - ŞƏRH

Azərbaycan – Özbəkistan təhsil əməkdaşlığı: qarşılıqlı təşəbbüslər və yeni inkişaf perspektivləri

Xayotjon İbrahimov: Azərbaycan–Özbəkistan münasibətləri dərin institusional müttəfiqlik xarakteri daşıyır

Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan Prezidenti ilə təkbətək görüşü olub VİDEO

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri ikitərəfli münasibətlərdə mühüm siyasi mərhələdir - ŞƏRH

Azərbaycan ilə Özbəkistan prezidentləri və birinci xanımlar “Kuksaroy” Dövlət İqamətgahında birgə foto çəkdiriblər VİDEO