REGİONLAR
“Xəmsə” milli intellektual oyunu üzrə Balakən rayon birinciliyi keçirilib
Balakən, 8 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
“Xəmsə” milli intellektual oyunu üzrə yeniyetmələr arasında VI Respublika birinciliyinin Balakən rayon mərhələsinin yarışlarına yekun vurulub.
Balakən rayon gənclər və idman idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 16 komandanın qatıldığı birincilikdə 80 məktəbli biliklərini nümayiş etdirib. Yekun nəticələrə əsasən, Balakən şəhərindəki humanitar və texniki təmayüllü liseyin komandası rayon birinciliyinin qalibi adını qazanıb. Qullar və Tülü kənd 1 saylı tam orta məktəblərin komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.
Rayon birinciliyində fəal iştirak edən gənclər milli intellektual oyunun zona mərhələsində Balakən rayonunu təmsil edəcəklər.
Birincilikdə ilk 3 yeri tutan komandalar diplom və medallarla mükafatlandırılıblar.
Qeyd edək ki, ənənəvi olaraq hər il keçirilən bu yarışlar Azərbaycanın zəngin milli mədəniyyətini və tarixini təbliğ etmək, yeniyetmə və gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını artırmaq, onların asudə vaxtlarının mənalı və səmərəli təşkilinə kömək məqsədi daşıyır.