Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xocalı soyqırımının törədilməsindən 31 il ötür

Xocalı soyqırımının törədilməsindən 31 il ötür

Bakı, 26 fevral, AZƏRTAC

Dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Lidise, Sonqmi, Ruanda kimi faciələrlə eyni sırada dayanan Xocalı soyqırımı zamanı vaxtilə 7 min nəfərdən çox əhalinin yaşadığı şəhər bir gecədə yerlə-yeksan edildi, qadın, uşaq və qoca demədən günahsız insanlar məhz azərbaycanlı olduqlarına görə qətlə yetirildi. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, erməni qəsbkarlarının xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə siyasəti nəticəsində törədilən qanlı cinayətlər, qətliamlar arasında bu faciə xüsusi amansızlığına görə seçilir.

Otuz bir ildir ki, xalqımız bu qanlı cinayətin - Xocalı soyqırımının mənəvi ağrısını, ağlasığmaz dəhşətlərini qəlbində, həyatında daşıyır.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəsi 2020-ci ili Azərbaycan tarixinə Zəfər ili kimi yazdı. Güclü siyasi iradə, möhkəm iqtisadi potensial, qüdrətli ordu, Xalq-lider vəhdəti, cəmiyyətdəki böyük ruh yüksəkliyi, vətənpərvərlik, əzmkarlıq tarixi Qələbəni təmin etdi. Otuzillik həsrət bitdi, torpaqlarımız mənfur düşmənin işğalından azad edildi, ərazi bütövlüyümüz təmin olundu. Bu gün xalqımız Bakıdakı Xocalı soyqırımı abidəsini alnıaçıq, başıuca ziyarət edir, çünki düşməndən bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisası alınıb. Artıq Xocalı soyqırımının anım günü Azərbaycan xalqının birliyinin, milli təəssübkeşliyinin simvoluna çevrilib.

Son iki əsrdə erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə ardıcıl şəkildə xalqımıza qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə siyasəti aparıblar.

1990-cı illərin əvvəllərində Xocalıya qədər ermənilər Qarabağda azərbaycanlılara qarşı kütləvi qırğınlar törətmişdilər. Hələ faciədən dörd ay əvvəl, yəni 1991-ci il oktyabrın sonundan Xocalıya gedən bütün avtomobil yolları bağlanmış və şəhər faktiki olaraq mühasirəyə alınmışdı. Yanvarın 2-dən Xocalıya elektrik enerjisi də verilmirdi və bu yaşayış məntəqəsinin Azərbaycanın digər bölgələri ilə bütün əlaqələri kəsilmişdi, yeganə nəqliyyat vasitəsi yalnız vertolyot idi. 1992-ci ilin yanvarın 28-də Ağdamdan Şuşaya uçan Mİ-8 vertolyotu Xəlfəli kəndinin üzərində Xankəndi tərəfindən atılan raketlə partladıldı, içərisində olan 3 nəfər heyət üzvü və 41 sərnişin həlak oldu. Bundan sonra isə Ermənistan ordusu bir-birinin ardınca yuxarı Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etdi. 1991-ci ilin sonunda Qarabağın dağlıq hissəsindəki 30-dan çox yaşayış məntəqəsi, o cümlədən Tuğ, İmarət-Qərvənd, Sırxavənd, Meşəli, Cəmilli, Umudlu, Kərkicahan və azərbaycanlılar yaşayan digər strateji əhəmiyyətə malik kəndlər ermənilər tərəfindən yandırıldı, dağıdıldı və talan edildi.

1992-ci il fevralın 12-də Şuşanın Malıbəyli və Quşçular kəndlərində törədilmiş qarət və qırğınlar nəticəsində təkcə Malıbəyli kəndində 50 nəfər öldürülüb, onlarla insan yaralanıb və əsir götürülüb.

1992-ci il fevralın 17-də Ermənistan silahlı qüvvələri və Xankəndidəki 366-cı motoatıcı alay Xocavənd rayonunun Qaradağlı kəndində törətdiyi qırğın nəticəsində kəndin hər 10 sakinindən biri şəhid olub. 104 nəfər və müdafiə dəstəsinin 15 üzvü əsir götürülüb, onlardan 80 nəfəri qətlə yetirilib. Öldürülənlərdən 10-u qadın, 8-i uşaqdır. Ümumilikdə, Qaradağlı 1988-1992-ci illərdə 305 dəfə düşmən hücumuna məruz qalmışdı. Bu, Xocalıya aparan yolun başlanğıcı idi. Qaradağlı faciəsinə amansızlığın miqyasına görə ikinci Xocalı da deyirlər.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndində yerləşən keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı motoatıcı alayın 10 tankı, 16 zirehli transportyoru, 9 piyadaların döyüş maşını, 180 nəfər hərbi mütəxəssisi və xeyli canlı qüvvəsi ilə Xocalını mühasirəyə aldı. Ermənilər ən müasir silahlarla şəhərə hücum edərək Xocalını yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdıldı və yandırıldı, insanlar isə xüsusi qəddarlıqla qətlə yetirildi. Onların içərisində başları kəsilən, gözləri çıxarılan, dərisi soyulan, diri-diri yandırılanlar çoxluq təşkil edirdi.

Xocalıdakı özünümüdafiə qüvvələri son nəfərinə, son gülləsinə qədər vuruşaraq düşmənə çox ciddi müqavimət göstərdilər. Qüvvələr nisbətinin qeyri-bərabər olduğu bu döyüşlər şəhəri müdafiə edən insanların göstərdiyi böyük qəhrəmanlıq, fədakarlıq nümunəsi idi. Xocalıya hücum zamanı erməni kəndlərinin mühasirəsində qalmış şəhərin 3000 nəfərədək silahsız mülki əhalisi düşməndən xilas olmaq üçün şəhəri tərk etdi. Çox təəssüf ki, o dövrdə Xocalıya heç bir kömək olmadığından həmin əhalinin demək olar ki, böyük bir hissəsi erməni vəhşiliyinin qurbanı oldu.

Ümumilikdə Xocalı soyqırımı nəticəsində şəhərin 5379 nəfər sakini zorakılıqla qovuldu, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qaldı (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı, 8 ailə tamamilə məhv edildi, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirdi, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca işgəncə verilməklə vəhşicəsinə öldürüldü.

Azərbaycanlı əhalinin amansız soyqırımına dair çoxsaylı faktlar sübut edir ki, bu qətliam Ermənistanın xalqımıza qarşı həyata keçirdiyi sistemli zorakılıq siyasətinin tərkib hissəsi olmaqla yanaşı, insan hüquqları və beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın, digər beynəlxalq sənədlərin tələblərinin pozulmasıdır.

Uzun illərdir ki, Azərbaycan dövləti Xocalı faciəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatıdırılması, onun soyqırımı kimi tanıdılması istiqamətində sistemli iş aparıb. Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra açıqlanıb, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib.

Prezident İlham Əliyev Xocalı soyqırımını törədənlərin ifşa olunmasını və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılmasını Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Eləcə də, Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, bu soyqırımına obyektiv qiymət verilməsi məqsədilə davamlı addımlar atılır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da fəallaşdırıb. Faciə ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində geniş beynəlxalq ictimaiyyətə çatdırılıb, planetin bütün guşələrində milyonlarla insan erməni millətçilərinin əsl simasına bələd olub.

Bütün bunların nəticəsidir ki, indiyədək 17 dövlətin milli qanunvericilik orqanı, həmçinin ABŞ-nin 23 ştatı Xocalıda dinc əhalinin qətliamını pisləyən və bunu insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən qətnamə və qərarlar qəbul edib. Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatında və Türk Dövlətləri Təşkilatında Xocalı soyqırımının kəskin şəkildə pislənilməsini ehtiva edən qətnamə və bəyanatlar qəbul olunub.

2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi düşmənin əsl mahiyyətini bir daha əyani şəkildə nümayiş etdirdi. Döyüş meydanında Azərbaycan əsgərinin qarşısında aciz qalan düşmən hərbi əməliyyatların getdiyi ərazilərdən uzaqda yerləşən yaşayış məntəqələrimizi raket atəşinə tutdu. Nəticədə aralarında uşaqların, qadınların da olduğu dinc sakinlər həlak oldu. Gəncəyə, Bərdəyə, Tərtərə, Naftalana və digər yaşayış məntəqələrimizə atılan raketlər erməni faşizminin nə qədər təhlükəli olduğunu bir daha göstərdi.

Digər tərəfdən, otuz il işğal altında olan torpaqlarımızda bu gün hər addımda erməni faşizminin, vandallığının şahidi olmaq mümkündür. Ermənilər işğal etdikləri ərazilərdə bütün yaşayış məntəqələrimizi, tarixi, dini, mədəni abidələrimizi məhv etməklə azərbaycanlıların bu torpaqlara qayıdışını mümkünsüz etmək istəyiblər. Həmçinin bu niyyətlərini ərazilərin hər qarışına mina basdırmaqla daha da möhkəmləndirməyə çalışıblar. Lakin onların bu arzuları da puç oldu. Azərbaycan öz gücü ilə ədaləti bərpa etdi, işğala son qoyuldu, müharibədən dərhal sonra azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq prosesinə başladı. Artıq bu yerlərdə yenidən həyat canlanır. Bu iki fərqli proses - dağıdıcılıq və quruculuq dünyaya ermənilər və azərbaycanlılar arasındakı fərqi aydın şəkildə nümayiş etdirir.

Müharibə başa çatsa da, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsi gündəmə gəlsə də, erməni vəhşiliyini, 31 il əvvəl Xocalıda törədilmiş amansız soyqırımını heç vaxt unutmaq olmaz. Prezident İlham Əliyev bildirib: “Biz deyirik ki, sülh olmalıdır. Ancaq heç vaxt erməni vəhşiliyini, erməni faşizmini unutmamalıyıq. Xocalı qurbanlarını unutmamalıyıq. Gəncə qurbanlarını, digər şəhərlərimizin qurbanlarını heç vaxt unutmamalıyıq və unutmayacağıq”.

Bu il xalqımız Xocalı soyqırımının 31-ci ildönümünü qeyd edir. Bununla bağlı bir sıra anım tədbirlərinin keçirilməsi nəzərdə tutulur.

Paytaxtın Xətai rayonunda, Goranboyun rayon mərkəzində və Ağcakənd qəsəbəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələrin önünə əklil qoyulması mərasimləri təşkil olunacaq. Ölkəmizin bütün şəhər və rayonlarında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, idarə və təşkilatlarda, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində Xocalı soyqırımı ilə bağlı tədbirlərin keçirilməsi, xocalıların müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Goranboy, Bərdə, Sabirabad, Göyçay, Zaqatala, Oğuz, Balakən) soyqırımının şahidləri, həlak olmuş şəxslərin ailə üzvləri ilə görüşlərin təşkili nəzərdə tutulub.

Fevralın 26-da ölkə ərazisində və respublikamızın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində Azərbaycanın Dövlət Bayrağı endiriləcək, həmçinin saat 17.00-da faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq. Ölkəmizin məscid, kilsə və sinaqoqlarında anım tədbirləri təşkil ediləcək.

Xocalı faciəsinin 31-ci ildönümündə diasporumuzun iştirakı ilə dünyanın müxtəlif şəhərlərində aksiyalar, piketlər, yürüşlər, fləş-moblar və digər tədbirlər keçiriləcək, xarici ölkələrdəki məscid, kilsə və sınaqoqlarda soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq moizələr səsləndiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvan Azərbaycanın siyasi, geostrateji və təhlükəsizlik maraqları baxımından böyük əhəmiyyətə malikdir

Maliyyə Nazirliyi: Keçən ilin təhsil büdcəsinə ayrılan vəsait tam istifadə olunub

Ötən il kənd təsərrüfatı sektoruna ayrılan vəsait açıqlanıb

Almaniyanın avtomobil sənayesində məşğulluq səviyyəsi 5,8 faiz azalıb

“İdman TV” yeni mövsümdə nüfuzlu futbol yarışlarını yayımlayacaq

Zaqatalada arıçılar üçün beynəlxalq ekspertin iştirakı ilə maarifləndirici sahə görüşü təşkil olunub

Bu il baş tutan elektron satınalmalar nəticəsində büdcədə qənaət edilmiş məbləğin həcmi açıqlanıb

Üçüncü ixtisas qrupunda 15 min 553 plan yeri ayrılıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Qazaxıstanda elektrik enerjisinin verilişi bərpa olunur – YENİLƏNİB

Daşınmaz əmlak üzrə texniki pasport və ipoteka müqavilələrinin sayı açıqlanıb

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

Yeddi ayda 207 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

İkinci ixtisas qrupunda 500-600 bal arasında nəticə göstərən abituriyentlərin sayı açıqlanıb

“Araz-Naxçıvan” daha 2 futbolçu transfer edib

Naxçıvanın iqtisadi inkişafında yeni mərhələ: investisiyadan regional bağlantılara ŞƏRH

Ekoloq: Şəhər mühitində yaşıllıq sahələrinin artırılması vacibdir

Bakıda badminton üzrə beynəlxalq turnirə start verilib

Azərbaycanın yeni səfiri etimadnaməsinin surətini Qazaxıstan XİN-ə təqdim edib

Günay Əfəndiyeva: Azərbaycan ilə Çini qədim tarix və mədəni irsə ehtiram birləşdirir

Rəssamlıq Akademiyası rəqəmsal transformasiya və yaradıcı sənayenin inkişafını prioritet elan edir

İnformasiya və rabitə xidmətləri 10,4 faiz artıb

Naxçıvan - Azərbaycanın regional siyasətində strateji dönüş nöqtəsi

Bakıda Çinin “İrs Keşikçisi” sənədli filminin təqdimatı olub

Yeddi ayda nəqliyyat və anbar təsərrüfatı sahəsində 9,2 milyard manatlıq xidmət göstərilib

“Yalama” sərhəd komendantlığı xidməti istifadəyə verilib VİDEO

“Yalama” sərhəd komendantlığı xidməti istifadəyə verilib VİDEO

Naxçıvanda iqtisadi inkişafla yanaşı, şəhid ailələrinə dövlət qayğısı da xüsusi diqqət mərkəzindədir RƏY

Samir Əliyev: “Qarabağ” mərhələ adlayaraq öz işinin öhdəsindən gəldi

Hansı çağırışçılar yekun tibbi müayinəyə cəlb edilirlər?

Van Lu: “İrs Keşikçisi” filminin Azərbaycan dilində təqdim olunması iki xalq arasında mədəni dialoqun gözəl nümunəsidir

“CITIC Group” şirkətinin Bakıdakı süni intellekt hesablama platforması layihəsində iştirakı dəyərləndirilib

Türkiyə mediası: Antiterror əməliyyatları zonasından hərbi bazaların çıxarılması müzakirə mövzusu deyil

Prezident İlham Əliyevin Naxçıvana səfəri daha geniş siyasi və geostrateji məzmun daşıyır ŞƏRH

Səfir: Çin Radio və Televiziya Mərkəzi Azərbaycan mediasına bir sıra proqramlar təqdim edəcək

® “Trendyol” qadın voleybolçular arasında Avropa çempionatının titul sponsorudur

“Mançester Siti” Enzo Fernandes üçün “Çelsi”yə 120 milyon avro təklif edib

İkinci ixtisas qrupunda 600 və daha çox bal toplayan abituriyentlərin sayı açıqlanıb

“Qarabağ”ın “Tvente” ilə səfər oyununa hakim təyinatları açıqlanıb

Ekspert: Azərbaycanda metal istehlakında artım 2035-ci ilədək davam edəcək

Abituriyent məsləhət mərkəzləri həftəsonu da fəaliyyət göstərəcək

Alim: Naxçıvanın qapıları açıldıqca onun qədim tarixini dünyaya daha yaxından tanıdacağıq

İkinci ixtisas qrupunda 16 min 30 plan yeri ayrılıb

Əliyar Ağayev Mahir Emrelinin çıxış etdiyi komandanın oyununa təyinat alıb

Naxçıvanın tarixi siması olan Möminə xatun türbəsi keçmişlə gələcək arasında möhkəm körpüdür - REPORTAJ VİDEO

Naxçıvanın tarixi siması olan Möminə xatun türbəsi keçmişlə gələcək arasında möhkəm körpüdür - REPORTAJ VİDEO

Nursu – Məmməd Arazın doğma yurdunda tarixlə gələcək qovuşur

Rəssam və şair Nazim Şahın “13-cü dua” adlı fərdi sərgisi açılıb

Lənkəranda sakinlərin su və kanalizasiya ilə bağlı müraciətləri dinlənilib

Bölgələrdə ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağacaq - PROQNOZ VİDEO

Bölgələrdə ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağacaq - PROQNOZ VİDEO

Naxçıvan dünya əhəmiyyətli logistik mərkəzə və strateji plasdarma çevriləcək ŞƏRH

“Fənərbağça” braziliyalı futbolçu Fredlə yollarını ayırıb

Azərbaycan dilində vikipediya üçün ilk dəfə süni intellektəsaslı alət hazırlanıb

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı müzakirə olunub

Heyvan kəsimi məntəqələrində hansı tələblərə əməl olunmalıdır? VİDEO

Heyvan kəsimi məntəqələrində hansı tələblərə əməl olunmalıdır? VİDEO

Naxçıvanın inkişafına yönəlmiş genişmiqyaslı layihələr regionun gələcəyinə verilən önəmin bariz ifadəsidir - MÜSAHİBƏ

Professor: Naxçıvanın yeni inkişaf modelində əsas hədəf dövlət investisiyasını iqtisadi artıma çevirməkdir

“Qarabağ” - “Tvente” oyunu norveçli hakimlərə tapşırılıb

Nəqliyyat kommunikasiyalarının və yeni dəhlizlərin inkişafı Naxçıvanın tranzit potensialını artıracaq

Son üç ayda Qobustan Qoruğunu 40 minə yaxın turist ziyarət edib

“Dövlət auditi” informasiya sistemi yaradılır - FƏRMAN

Xankəndidə 22 ailəyə mənzillərin açarları təqdim edilib VİDEO

Xankəndidə 22 ailəyə mənzillərin açarları təqdim edilib VİDEO

Avropa Çempionlar Kubokunun ikiqat qalibi vəfat edib

DİN-dən vətəndaşlara xəbərdarlıq: Tanıdığınız şəxsin adından gələn şübhəli mesajlara inanmayın

Almaniyada İŞİD-in üzvü olmaqda şübhəli bilinən iki nəfər saxlanılıb

Böyük Qayıdış: Vaxtilə uzaqlarda qurulan arzular indi Ballıcada gerçəkləşir VİDEO

Böyük Qayıdış: Vaxtilə uzaqlarda qurulan arzular indi Ballıcada gerçəkləşir VİDEO

“Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Belarus Respublikasının Milli Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Dövlət auditi” informasiya sistemi haqqında ƏSASNAMƏ

“Dövlət auditi” informasiya sisteminin yaradılması və bununla əlaqədar  bir sıra məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Büdcə sistemi haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 10 iyul tarixli 440-VIIQD nömrəli Qanununun tətbiqi və “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1199-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 sentyabr tarixli 259 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Büdcə sistemi haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Paytaxtda avtoxuliqanlıq edən moped sürücüsü həbs olunub

Karneqi İnstitutu Aİ-nin dərin transformasiyası barədə hesabat dərc edib

Gimnastımız Fidan Qurbanlı Dünya çempionatında ölkəmizi təmsil edib

Qusarda festivalda 70-dən çox meyvəçilik təsərrüfatı subyekti, fermer və sahibkar iştirak edib VİDEO

Qusarda festivalda 70-dən çox meyvəçilik təsərrüfatı subyekti, fermer və sahibkar iştirak edib VİDEO

Paytaxtın Xan Şuşinski küçəsində mikromobillik zolağı təşkil olunub VİDEO

Paytaxtın Xan Şuşinski küçəsində mikromobillik zolağı təşkil olunub VİDEO

Almaniyada meşə yanğını ilə əlaqədar 2 min nəfər təxliyə edilib

Azərbaycan klubu yeni mövsümdə yerli və gənc basketbolçulara üstünlük verəcək

Fransada Vergilər Baş İdarəsinin sisteminə qanunsuz giriş və məlumatların çıxarılması təsdiqlənib

Ukraynada ərzaq qıtlığı yaranıb – AZƏRTAC-ın REPORTAJI VİDEO

Ukraynada ərzaq qıtlığı yaranıb – AZƏRTAC-ın REPORTAJI VİDEO

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında” 1997-ci il 24 iyun tarixli 609 nömrəli və “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Seleksiya nailiyyətləri haqqında”, “Dövlət rüsumu haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 456-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Seleksiya nailiyyətləri haqqında”, “Dövlət rüsumu haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Göyçayda zəncirvari yol qəzası olub, 5 nəfər xəsarət alıb VİDEO

Göyçayda zəncirvari yol qəzası olub, 5 nəfər xəsarət alıb VİDEO

“Arsenal” Osimhenin mümkün transferi ilə bağlı “Qalatasaray”la danışıqlara başlayıb

Qarabağın Tunc dövrü hərb tarixinə həsr olunmuş monoqrafiya Türkiyədə ingilis dilində nəşr edilib

Potensialın yüksək olması və bundan səmərəli istifadə yaxın illərdə Naxçıvanı enerji ixracatçısına çevirəcək – TƏHLİL

Sabah bəzi yerlərdə yağış yağacaq

® “Azercell”in “Oflayn Qadınlar” layihəsi beynəlxalq “Stevie®” mükafatına layiq görülüb

Lənkəranda açıq sahələrdə baş verən yanğınlar söndürülüb VİDEO

Lənkəranda açıq sahələrdə baş verən yanğınlar söndürülüb VİDEO

“Neftçi” Azərbaycan millisinin basketbolçusunu transfer edib

Ötən il SOCAR-ın gəlirləri 86,3 milyard manat olub

“Sabah” heyətini amerikalı basketbolçu ilə gücləndirib

Baş Prokurorluq: Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb

“Sabahın Ulduzları”: U-15 yaş qrupunda 4-cü tura start verilib

Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlanıb VİDEO

Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlanıb VİDEO

Nazirlik: Yanvar-iyul aylarında 234 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Ben Şelton Kanadada “Masters” titulunu qorudu

Azərbaycanlı mediatorlar Qırğızıstanda keçirilən beynəlxalq konfransda təcrübələrini bölüşüblər

Fransanın Mərkəzi Afrika Respublikasındakı səfiri ilə bağlı araşdırma başlayıb

“Azərişıq” Kəlbəcərin bəzi ərazilərində yenidənqurma işləri görür

Bu saata olan əsas xəbərlər