CƏMİYYƏT


Yaşadığı mənzildə ölən qadının meyiti üzərində hər hansı xəsarət izi aşkarlanmayıb

Bakı, 21 iyun, AZƏRTAC

İyunun 20-də saat 21 radələrində paytaxtın Yasamal rayon sakini 1933-cü il təvəllüdlü Yevgeniya Konikovskayanın yaşadığı mənzildə ölməsi barədə məlumat daxil olub.

Yasamal Rayon Prokurorluğundan AZƏRTAC-a verilən məlumata görə dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Baxış zamanı meyitin bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkarlanmayıb.

İlkin araşdırmalarla, Yevgeniya Konikovskayanın uzun müddət ürək çatışmazlığı və şəkərli diabet xəstəliyindən əziyyət çəkməsi müəyyən olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.