Yeni Zelandiya Kraystçörç atıcısının “manifest”inin yayılmasına görə Ukrayna ilə əlaqə yaradacaq
Tokio, 22 avqust, AZƏRTAC
Yeni Zelandiya hökuməti cari ilin martında Kraystçörç şəhərində məscidlərə hücum edən Brenton Tarrantın “manifest”inin satışı ilə bağlı Ukrayna hökuməti ilə əlaqə yaradacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə avqustun 22-də “New Zealand Herald” nəşri məlumat yayıb. Bildirilir ki, söhbət Ukrayna veb-saytı tərəfindən Kraystçörç atıcısının müəllifi olduğu neonasist xarakterli 87 səhifəlik “manifest”in satışından gedir. Bu zaman satış həmin portaldakı şifrəli messencer vasitəsilə həyata keçirilir. Neonasistlər həmin kitabı 4 dollardan təklif edir.
Yeni Zelandiyanın Baş naziri Casinda Ardernin sözlərini sitat gətirən nəşr yazır: “Mən heç bir tərəddüd etmədən Xarici işlər nazirinə tapşırdım ki, Ukrayna ilə əlaqə yaratsın. Bu sadəcə ikrah doğurucudur və biz ancaq səlahiyyətimizdə olan hüquqi sferaya nəzarət edə bilirik. Bununla yanaşı, biz Yeni Zelandiyanın mövqeyini mütləq Ukrayna tərəfinə bildirəcəyik”.
Xatırladaq ki, B.Tarrant öz “manifest”ini hücum ərəfəsində paylaşmışdı. Yeni Zelandiya hökuməti həmin mətni “arzuedilməz” sayıb və onun yayılmasını hadisənin baş verdiyi tarixdə - martın 15-də qadağan edib. Milli qanunvericiliyə görə, onun istənilən formada nəşri cinayət hesab edilir və buna görə 15 ilədək həbs cəzası verilə bilər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2026 [16:25]
Media: Rumıniya üzərindən yeni optik maqistral xətt istifadəyə verilib
- 10.05.2026 [07:24]
Çilidə 5,8 bal gücündə zəlzələ baş verib
- 10.05.2026 [05:56]
WSJ: Hörmüz boğazının bağlanması sulfat turşusu tədarükünü mümkünsüz edib
- 10.05.2026 [01:17]
Rubio və Uitkoff Mayamidə Qətərin Baş naziri ilə görüşüb
- 10.05.2026 [01:00]
Putin Zelenski ilə Moskvada görüşməyə hazır olduğunu bildirib
- 09.05.2026 [22:59]