REGİONLAR
Yevlaxda Qurban bayramı münasibətilə xeyriyyə tədbirləri keçirilib
Yevlax, 22 avqust, AZƏRTAC
Müsəlman dünyasının mənəvi birlik və vəhdət rəmzi olan müqəddəs Qurban bayramı respublikanın hər yerində olduğu kimi, Yevlax rayonunda da xoş əhval-ruhiyyə ilə qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yevlax şəhər cümə məscidində bayram namazı qılınıb. Mərasimdə bayramın fəzilətlərindən danışılıb, ölkəmizin sülh və əminamanlıq şəraitində olması və xalqımızın firavanlığı naminə dualar oxunub.
Qurbanlıq üçün seçilmiş iri və xırda buynuzlu heyvanlar xüsusi baytar həkim briqadası tərəfindən müayinədən keçirilərək, şəriət qaydalarına uyğun kəsilib. 1600-dən çox ailəyə - Qarabağ müharibəsi veteranlarına, şəhid, aztəminatlı ailələrə, həmçinin hərbi hissələrə qurban payları göndərilib.
Sakinlər göstərilən maddi və mənəvi dəstəyə görə dövlətimizin başçısına öz minnətdarlıqlarını bildiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]