DÜNYA


“Zenith”: 2019-cu ildə internet televiziya üzərində tamamilə qalib gələcək

Bakı, 21 iyun, AZƏRTAC

Onilliklər boyunca əsas məlumat daşıyıcısı olan televiziya tezliklə liderliyini tamamilə itirəcək. Statistikaya görə, internet artıq gələn ildən qlobal miqyasda əsas media olacaq.

AZƏRTAC “hitech.vesti.ru” saytına istinadən bildirir ki, “Zenith” media agentliyi tərəfindən dərc edilmiş araşdırmada belə proqnoz verilib. Analitiklərin qiymətləndirməsinə görə, 2019-cu ildə planetin hər bir sakini internetdə orta hesabla 170,6 dəqiqə, televizor qarşısında isə yalnız 170,3 dəqiqə vaxt keçirəcək.

İnsanların internetdə keçirdikləri vaxtın artması səbəblərindən biri ucuz smartfonların geniş yayılması və inkişaf etməkdə olan ölkələrdə internetin əlçatan olmasıdır. Bunun nəticəsində hər il yüz milyonlarla yeni istifadəçi internetə daxil olur. “Zenith” agentliyinin nümayəndələri hesab edirlər ki, 2019-cu ildə media istehlakının 25 faizi mobil qurğuların payına düşəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.