İQTİSADİYYAT
“Ziraat Bank” Azərbaycan “FINTEX 2022” sammitində təşəkkürnamə ilə təltif edildi
İyunun 16-17-də Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Fintex Assosiasiyasının, Azərbaycan Respublikası Mərkəzi Bankının, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi və “VISA” şirkətinin qlobal tərəfdaşlığı ilə “Bank və maliyyə ekosistemində yeni trendlər: innovativ həllər, fintex və təhlükəsizlik” mövzusunda beynəlxalq tədbir təşkil olunub.
Tədbirdə bir çox yerli və xarici maliyyə qurumlarının nümayəndələri və rəhbər şəxsləri iştirak edərək maliyyə və bank sektorunda baş verən ən son innovativ həllər, maliyyə texnologiyaları, ödəniş ekosistemlərində yeni və gələcək tendensiyalar və digər mühüm mövzulara toxunaraq təcrübə mübadiləsi aparıblar.
“Ziraat Bank Azərbaycan” ölkəmizdə hər il təşkil olunan bu nüfuzlu maliyyə və bankçılıq tədbirində iştiraka və tədbirin sponsorlarından biri olduğuna görə Azərbaycan Banklar Assosiasiyası tərəfindən təşəkkürnamə ilə təltif edilib.
“Ziraat Bank Azərbaycan” ASC Türkiyə Respublikasına məxsus, 158 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”nun tərkib hissəsidir və Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 2014-cü il 30 dekabr tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın məhsul və xidmətləri haqqında daha ətraflı məlumatı “Ziraat Bank Azərbaycan”ın feysbuk, instaqram, tviter, linkedin, yutub sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.