Azərbaycan Dövlət İnformasiya Agentliyi

® Şəbnəm Əlirzayeva: Şəkərli diabeti “həyat tərzi” hesab edib, ona etinasız yanaşmaq olmaz

Son onilliklərdə endokrinoloji xəstəliklər, xüsusilə də şəkərli diabet bütün dünyada sürətlə yayılmaqdadır. Səbəblər müxtəlif olsa da, bunun əsas səbəbi artıq çəki və piylənmənin artması, həmçinin fiziki aktivliyin azlığıdır. Beynəlxalq Diabet Federasiyasının məlumatına görə, hazırda dünyada təxminən 537 milyon nəfər şəkərli diabet ilə yaşayır. 2045-ci ilə qədər diabeti olan xəstələrin sayının 700 milyona çatacağı proqnozlaşdırlır.

Mərkəzi Gömrük Hospitalının həkim-endokrinoloqu Şəbnəm Əlirzayeva ilə endokrin xəstəliklər arasında ən çox yayılmış şəkərli diabet haqqında söhbət etdik. O, müasir dövrdə sürətlə artan endokrin xəstəliklər və onun əsas səbəbləri barədə deyib:

- Müasir dövrdə endokrin xəstəliklər həm cavanlaşıb, həm də sürətlə artmaqdadır. Onların arasında II tip şəkərli diabet dünyada və regionumuzda daha sürətlə yayılır. Həmin xəstəlikdən sonra qalxanabənzər vəzi xəstəlikləri – hipotireoz, autoimmun tireoidit (Haşimoto xəstəliyi), düyünlü zob, sonra metabolik problemlərlə sıx bağlı olan piylənmə (obezite), xüsusilə qadınlarda reproduktiv yaşda geniş yayılan polikistik yumurtalıq sindromu (PCOS) və diabet, daha sonra hipertoniya və ürək-damar xəstəliklərinin əsas risk faktoru olan metabolik sindrom xüsusilə çoxluq təşkil edir. Bu xəstəliklərin yaranmasının əsas səbəbi düzgün olmayan qidalanma, oturaq həyat tərzi, piylənmə, insanların fiziki aktivliyinin xeyli azalması və zərərli vərdişlərdir.

- Şəkərli diabet və onun orqanizmə təsiri barədə məlumat verməyinizi istərdik.

- Şəkərli diabet şəkərin qanda xroniki artımıdır. Xəstəlik qan şəkərini parçalayan və mədəaltı vəzidə sintez olunan insulin hormonuna qarşı yaranmış rezidentlik, insulin çatışmazlığı və ya heç olmaması nəticəsində baş verir. Normalda venoz qanda aclıq qan şəkərinin üst səviyyəsi 100 mq/dl, toxluq qan şəkərinin üst səviyyəsi isə 140 mq/dl-dir. Yəni şəkərli diabet orqanizm tərəfindən yaradılan insulinin kifayət qədər olmaması və ya onun təsir effektinin pozulması nəticəsində meydana çıxan, qanda şəkərin yüksəlməsi ilə xarakterizə olunan xroniki endokrin xəstəlikdir. Xəstəliyin əsas xüsusiyyətlərindən biri erkən mərhələdə özünü göstərməməyi, orqanizmdə gizli gedişidir. Onu, adətən, qanın və sidiyin ümumi analizində müəyyən edirlər.

“Şəkərli diabet həyat tərzidir”, - deyib ondan yan keçmək olmaz. Müalicə almadan ağır fəsadlara məruz qalmaq mümkündür. Şəkərli diabet ağır və xroniki xəstəlikdir. Hər il diabetdən həyatını itirənlərin sayı bir milyondan çoxdur və ona hamı tutula bilər. Diabet ürəktutmaya, insulta, korluğa, böyrəklərin sıradan çıxmasına və hətta ayaqların amputasiyasına aparıb çıxara bilər. Risklərə baxmayaraq, diabeti olanların təxminən yarısı bundan xəbərsizdir. Lakin həyat tərzini dəyişməklə bir çox hallarda xəstəliyin qarşısını almaq olar.

- II tip şəkərli diabetin əlamətləri hansılardır?

- II tip şəkərli diabetin əlamətləri xəstənin ümumi sağlamlığı ilə bağlı olaraq dəyişə bilir. Bəzən elə olur ki, erkən mərhələdə xəstədə heç bir əlamət özünü göstərmir. Ümumilikdə demək olar ki, II tip şəkərli diabetin daha çox müşahidə olunan əlamətləri həddən artıq susuzluq, tez-tez sidiyə çıxma, daimi aclıq hissi, çəkinin səbəbsiz itirilməsi, yorğunluq və halsızlıq, görmədə bulanıqlıq, əl və ya ayaqların dərisində keyləşmə və qarışqa gəzməsi hissi, tez-tez infeksiyalara tutulma və s.-dir.

- Şəkərli diabetin “səssiz” gedişatı nə ilə təhlükəlidir və erkən mərhələdə şəkərli diabetin aşkarlanması üçün hansı əlamətlərə və müayinələrə diqqət yetirilməlidir?

- Erkən mərhələ dedikdə, prediabet nəzərdə tutulur. Prediabet sağlam bədən və diabet arasında bir sərhəddir. Həmin dövrdə diabet “səssiz” olaraq xəstənin həyatına daxil olur və bütün orqanlara gizli təsir göstərməyə başlayır. Prediabet aşkarlananlar II tip şəkərli diabet riski altındadırlar. Prediabetik vəziyyət təhlükəli olmasına baxmayaraq, tamamilə müalicə edilə bilər. Aparılan tədqiqatlar göstərir ki, xroniki ağırlaşmalar diabetdən əvvəlki mərhələdə artıq inkişaf etməyə başlayır. Diabet diaqnozu qoyulanda artıq orqan zədəsi mövcud olur və qarşısını almaq mümkün deyil.

Ona görə də xəstəliyin vaxtında aşkarlanması vacibdir. Prediabet I və II tip şəkərli diabetin diaqnozu kliniki əlamətlərin, xəstə haqqında toplanılmış anamnezin, məsələn, ailədə diabetə meyillilik, hamiləlik zamanı qlikemiyanın pozulması və laborator müayinələrin nəticələri əsasında qoyulur. Şəkərli diabetin müəyyən edilməsində “Diabetik profilli” laborator analizin əhəmiyyəti böyükdür. Diabetik profilli müayinələrə HbA1C, Qlükoza, C-peptid, Qlükoza-tolerant testi, Qlükoza, Fruktozamin və İnsulin müayinələri daxildir.

- Diabet diaqnozu necə qoyulur?

- Diabet diaqnozunda istifadə edilən iki ən əsas test - aclıq qan şəkərinin göstəricisi və qlikohemoqlobindir. Sağlam fərdlərdə aclıq qan şəkəri səviyyəsi 70-100 mq/Dl arasında dəyişir. Diabet diaqnozu üçün 126 mq/Dl-dən yuxarı nəticə olmalıdır. Şəkərin ölçüsü 100-126 mq/Dl arasındadırsa, şəkər yükləmə analizi olunur və yeməkdən sonra qanda şəkərin miqdarına baxılır. Yeməyə başlayandan 2 saat sonra qan şəkərinin ölçülməsi nəticəsində qanda qlükoza səviyyəsinin 200 mq/Dl-dən yuxarı olması diabet xəstəliyinin, 140-199 mq/Dl arasında olması gizli şəkər deyilən diabetin dövrünü göstərir. Bundan əlavə, gün ərzində yeməkdən asılı olmayan və son 3 aydakı ortalama qan şəkərini əks etdirən HbA1C (qlikohemoqlobin) analizin nəticələrinə də baxılmalıdır və əgər bu nəticə 6,5 faizdən çoxdursa, şəkərli diabet diaqnozu qoyulur.

II tip şəkərli diabetin müalicəsi xəstəliyin mərhələsinə, fərdin ümumi sağlamlıq vəziyyətinə və digər amillərə bağlı olaraq dəyişir. II tip diabetin müalicəsi qan şəkərini nəzarət altına almağı, ağırlaşma riskini azaltmağı və xəstənin həyat keyfiyyətini yaxşılaşdırmağı hədəfləyir.

- Niyə II tip şəkərli diabet artıq ‘yaşlıların xəstəliyi’ sayılmır və gənclər arasında sürətlə yayılmasının əsas səbəbi kimi - genetika, fast-foodla qidalanmaq, yoxsa stres götürülür?

- Doğrudur, müasir dövrdə bir çox xəstəliklərin cavanlaşdığını müşahidə edirik. Təəssüf ki, II tip şəkərli diabet də bu qəbildəndir. Həmin səbəblər şəkərli diabet xəstəliyinin gənclər arasında yayılmasının əsas səbəblərindən hesab edilir. Genetik meyillilik şəkərli diabetə səbəb ola bilər, lakin bu, hökmən “valideynlərdə və ya yaxın qohumlarda şəkərli diabet olubsa, mütləq həmin nəsildə hamıda olmalıdır” anlamına gəlmir. Fast-foodla qidalanmaq təkcə şəkərli diabetin yaranmasına deyil, piylənmə, ürək-damar xəstəlikləri və s. də əmələ gəlməsinə səbəb ola bilər. Eləcə də stres bir çox xəstəliklərin səbəbidir. Ona görə də sağlam ömür sürmək üçün stresdən uzaq olmaq məsləhətdir.

Şəkərli diabetin gənclər arasında yayılmasının əsas səbəbi həyat tərzi ilə əlaqədardır. Artıq çəki, fiziki aktivliyin aşağı düşməsi, qeyri-sağlam qidalanma və xüsusilə zərərli vərdişlərdən istifadə şəkərli diabetin yaranmasına rəvac verən səbəblərdir. Xüsusilə uşaqlar arasında diabetin müşahidə olunması qeyri-sağlam qida vərdişlərinin formalaşması ilə bağlıdır. Ona görə də valideynlər çalışmalıdırlar ki, uşaqlar şəkərli və həddindən artıq zərərli qidalara üstünlük verməsinlər.

Düzgün qidalanma ilə yanaşı, idmanla mütəmadi məşğul olmaq həm uşaqlar, həm də gənclər üçün faydalıdır. Fiziki aktivlik bu sahədə ən mühüm addımlardan biridir. Gün ərzində mütləq 5 min addım atılmalıdır. Digər vacib məqam yuxu rejiminin tamlığı, su qəbulu və bütün bunlarla yanaşı, zərərli vərdişlərdən, xüsusilə də siqaret çəkməkdən, alkoqollu və gənclər arasında çox yayılmış enerjili içkilərdən uzaq olmaqdır.

- Şəkərli diabet xəstəliyinin risk qrupuna kimlər daxildir?

- Risk qrupuna ailəsində şəkər xəstəliyi (valideynlərində və xüsusilə yaxın qohumlarında diabet xəstəliyinin olması), ürək-damar xəstəliyi, artıq çəkisi olanlar (BKİ≥25 kg/m2), çəkinin həddindən artıq çoxluğundan əziyyət çəkənlər (xüsusilə piylənmə dərəcəsi olan xəstələr), hərəkətsiz həyat tərzi, stres, 35 yaşından yuxarı şəxslər, hipertoniya xəstələri (A/T ≥140/90 mm.cv.st), triqliseridlərin yüksək (≥250 mq/dl) və ya HDL xolesterin ≤3.5 mg/dl) olması, 4 kiloqram və daha artıq uşaq dünyaya gətirən qadınlar, gestasional (hamiləlik zamanı) diabet anamnezi, hamiləlik diabetinin yaranması, yumurtalıqların polikistozu sindromu və s. xəstələr daxildir.

- Şəkərli diabetin ağırlaşmalarına yol verməmək üçün nə tövsiyə olunur?

- Çox vaxt belə bir fikir səsləndirirlər ki, şəkərli diabet özlüyündə təhlükəli olmayıb, ağırlaşmaları ilə təhlükəlidir. Şəkərli diabet xəstəsi ilə sağlam insan nə ilə fərqlənir? Ağırlaşmalar nə üçün inkişaf edir, onlardan xilas olmaq mümkündürmü? Şəkərli diabet qanda şəkərin xroniki yüksək olmasıdır. Bu, sağlam insanla şəkərli diabet xəstəsi arasında yeganə fərqdir. Ona görə də ağırlaşmaların inkişafının əsas səbəbi uzun müddət qanda şəkərin səviyyəsinin yüksək (hiperqlikemiya) olmasıdır. Bu hal birinci növbədə bütün orqanizmin xırda qan damarlarının və sinirlərin zədələnməsinə səbəb olur. Qan damarlarında şəkər yüksələrkən daha qatı olur, hüceyrələr üçün lazım olan oksigen və qidalı maddələr ləng çatır. Qlükozanın miqdarının artıq olması ilə əlaqədar qlükoza damarların divarlarına “hopur”, damarlar öz elastikliyini itirir, qidalı maddələr üçün keçiriciliyi azalır və asanlıqla travmaya məruz qalır, nəticədə kiçik qan sızmalar əmələ gəlir. Mikrotravmaların yerində birləşdirici toxuma (çapıq) əmələ gəlir ki, bu da orqanların funksiyasını pisləşdirir. Belə bir “şəkərlənmə” sinirlərin qişalarında da əmələ gəlir və onlar öz funksiyalarını itirir, başqa sözlə, hissiyyatları pisləşir. Ona görə də ağırlaşmalardan qurtulmaq və ya onların inkişafını dayandırmaq üçün ən ilkin yol şəkəri normaya salmaqdır. Qanda şəkərin səviyyəsini normaya qədər aşağı salmadan müalicədə yaxşı nəticələrə nail olmaq mümkün deyil.

Diabet zamanı ağırlaşmaların təhlükəli olması ondan ibarətdir ki, uzun müddət heç bir ağrı olmur və xəstə yaxınlaşan təhlükə haqqında heç nə bilmir. Vaxt nə qədər çox davam edirsə, müalicə etmək bir o qədər mürəkkəb, effekt də o qədər əhəmiyyətsiz olur. Diabetdə problemlər ona barmaqarası yanaşanda, onunla hesablaşmayanda və ya həddindən artıq emosional olduqda baş verir. Diabet haqda daha çox məlumatlı olduqda və ən əsası, faydalı və lazımi məsləhətlərə əməl edəndə məhdudiyyətlər və pis nəticələr az olur. Istənilən həyat situasiyasında diabetin öhdəsindən gəlməyi bacarmaq və məhdudiyyətlərin olmaması üçün müntəzəm həkimə üz tutaraq müayinədən keçmək lazımdır. Vaxtlı-vaxtında həkim qəbulunda olmaqla və müalicə prosedurunu keçməklə şəkərli diabeti tənzimləmək olar.

 
Müsahibəni apardı: Dilarə Zamanova
Mərkəzi Gömrük Hospitalının PR mütəxəssisi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndidə və Xocalıda olub

Azərbaycanın Baş prokuroru ŞƏT-ə üzv dövlətlərin Baş prokurorlarının 24-cü iclasında iştirak edib

Yeni Azərbaycan Partiyasının fəaliyyəti qənaətbəxş hesab edilib

Elman Cəfərli: Muxtar respublikada qarşıdakı illərdə sosial-iqtisadi inkişaf daha da sürətlənəcək

Ötən ay BŞTİ-yə 20 minə yaxın müraciət daxil olub

Xəzər Universiteti “ADEX 2026” sərgisində iki mühəndislik layihəsi ilə təmsil olunub

Məhkumun həbs olunmamışdan əvvəl torpağa basdırdığı silah-sursat aşkar edilib – BİRGƏ ƏMƏLİYYAT

Davud Rüstəmov: Müdafiə sektorunda yüksək qalıcılığa malik APT hücumları ilə qarşılaşırıq

COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Dövlət Agentliyində istehsalat təcrübəsi keçən tələbələrə sertifikatlar təqdim edilib

Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq

“Murovdağ” yeni səfərə başlayıb: Növbəti istiqamət Braziliyadır

ADPU-da insan alveri ilə mübarizəyə aid seminar təşkil olunub

Buz baltası, dodaq boyası, zəhərli çətir... Beynəlxalq Casusluq Muzeyindən REPORTAJ VİDEO

Buz baltası, dodaq boyası, zəhərli çətir... Beynəlxalq Casusluq Muzeyindən REPORTAJ VİDEO

Azərbaycanın 4 taekvondçusu beynəlxalq turnirdə mübarizə aparacaq

Sabirabad avtomobil yolunun əsaslı təmiri davam etdirilir

AMEA-da doktorantura tədqiqatlarında fənlərarası və multidisiplinar yanaşmaya üstünlük veriləcək

Ankarada iş adamlarına Azərbaycanın investisiya imkanları təqdim olunub

Bəxtiyar İslamov: Azərbaycan gəncliyi öz potensialını reallaşdırmaq üçün geniş imkanlara malikdir

Baş direktor: Azərbaycanda milli kibertəhlükəsizlik ekosistemi formalaşır

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ərqazan məbədi

AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub

BMT-nin Ali Komissarı: Qadınlar münaqişələrin qarşısını almaq və davamlı sülh yaratmaq səylərinin mərkəzində olmalıdırlar

Musa Quliyev: Bu gün qarşımızda daha böyük vəzifələr dayanır

Professor: Albaniyanın sərhədlərinin müəyyənləşdirilməsi istiqamətində mühüm tədqiqatlar aparılıb

Tehran hava limanında uçuşların sayı 42 faiz azalıb

Sumqayıtda məktəbdə zəhərlənənlərin sayı 21-ə çatıb, onların vəziyyətləri stabil qiymətləndirilir – YENİLƏNİB 2

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib

Arif Rəhimzadə: YAP-ın ideoloji əsasını milli dəyərlər və dövlətçilik prinsipləri təşkil edir

Əli Əhmədov: Yeni Azərbaycan Partiyasının nüfuzu ölkənin hüdudlarını aşıb

Fərhad Quliyev: Qafqaz Albaniyasının maddi-mədəni irsi tədqiq edilir

Ukraynalı uşaqların Qəbələnin tarixi məkanlarına ekskursiyası təşkil olunub

Afrika İttifaqı Komissiyası Efiopiya, Eritreya və Misir arasındakı gərginliklə bağlı narahatlığını bildirib

Lucy Chou: İnvestorların təsisçilərdə axtardığı əsas xüsusiyyətlər dəyişməz olaraq qalır

İcraçı direktor: Kibertəhlükəsizlik sektorunda fəaliyyət göstərən şirkətlər güzəştlər əldə ediblər

Kimya İnstitutu qarşıdakı dövr üçün yeni strateji hədəflər müəyyənləşdirib

UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub

Azərbaycan ombudsmanı ENOC-un illik konfransında uşaq hüquqları üzrə təşəbbüslərdən danışıb

Elmar Baxşıyev: Milli komanda son iki oyunda hamının fikrini dəyişə bilər

Rusiyanın regionlarına hücumlar nəticəsində bir nəfər ölüb, səkkiz yaralı var

Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb VİDEO

Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb VİDEO

Zakir Həsənov: Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli əməkdaşlıq formatı regional sabitlik üçün mühüm platformadır

Bu saata olan əsas xəbərlər

AMEA rəhbəri: Qafqaz Albaniyasına dair tədqiqatların yeni mərhələsi başlanıb

Vətən müharibəsinin xronikası: 2 oktyabr

ADEX Azərbaycanın müdafiə sənayesində əldə etdiyi imkanların nümayişi üçün mühüm platformadır ŞƏRH

Milli müdafiə sənayesinin inkişafı təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyır - ŞƏRH

Fransada liseylərdə etirazlar davam edir

Neft mikrobiologiyası və biotexnologiya sahəsində birgə layihələr nəzərdən keçirilir

Prezidentin köməkçisi: Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır

Hikmət Hacıyev: Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü

Tahir Budaqov: Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir

Şəkidə beynəlxalq teatr bayramı: 4 ölkənin teatr kollektivləri bir araya gəlib

Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək

ABF rəsmisi: Yeni baş məşqçi qadın basketbolunun inkişafına mühüm töhfə verəcək

Pakistan Səudiyyə Ərəbistanını hər hansı hücumdan müdafiə etməyə hazırdır

Prezident İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib

Prezident: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir

Salyanlı gənclərə rəqəmsal mühitdə gizli manipulyasiya və narkotik riskləri barədə məlumat verilib

Bu il məişət zorakılığından zərər çəkmiş 46 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib

Fukuşima AES-də nüvə yanacağının qalıqlarını çıxarmaq üçün robotdan istifadə olunacaq

Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik

"ADEX 2026" davam edir

Meksikanın rəmzi olan ənənəvi qayıq AzMİU tələbələri tərəfindən layihələndiriləcək

Prezident İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq

Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır

Səudiyyə Ərəbistanı Məkkədəki Məscidül-Həramda terror aktına cəhd barədə xəbərləri təkzib edib

Fransada “Həyat xalçası”: Toxuculuq sənəti və insan hekayələri bir arada VİDEO

Fransada “Həyat xalçası”: Toxuculuq sənəti və insan hekayələri bir arada VİDEO

Astanada “AI & Digital Bridge – 2026” forumu keçirilir

Prezident: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi Türk dünyasının gücünü artırır - ŞƏRH

Ötən gün 61 cinayətin açılması təmin olunub

Prezident İlham Əliyev: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir

Kino Agentliyi 5 yeni film layihəsinə maliyyə vəsaiti ayırıb

Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndi Məhkəmə Kompleksində olub

Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü keçirilib

Fərrux İrnazarov: Mərkəzi Asiyada ticarət potensialının tam reallaşdırılması üçün bir sıra məsələlərin həlli vacibdir

Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır

Prezident İlham Əliyev: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir

Astanada travmatoloq-ortopedlərin I Beynəlxalq konqresi keçirilir

Prezident: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır

Lixtenşteyn yığmasının kapitanı: Azərbaycan millisinin bəxti gətirmədi - MÜSAHİBƏ

Prezident: Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meyilləri yer alsın

SOCAR “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını tamamlayıb

Hikmət Hacıyev: Ermənistan Konstitusiyasındakı müvafiq müddəanın dəyişdirilməsi prosesə müsbət təsir edəcək

Şuşada Azərbaycanın və Gürcüstanın müdafiə nazirləri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər

Prezident İlham Əliyev: Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi

Azərbaycan Prezidenti: Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi

Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır

Filippində 7 mədənçinin qazsızma nəticəsində öldüyü ehtimal olunur

Prezidentin köməkçisi: Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir YENİLƏNƏCƏK VİDEO

Prezident: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi

Bələdiyyə sədri: Şanlıurfa Türkiyə-Azərbaycan əməkdaşlığına daha çox töhfə verməyə hazırdır

Azərbaycanlı alim Qazaxıstanda keçirilən beynəlxalq konfransda məruzə edib

YAP-ın Sədri: İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir

Hikmət Hacıyev: Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər

Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb