İQTİSADİYYAT
® Beynəlxalq konsaltinq şirkəti “Deloitte” COP29-da böyük heyətlə təmsil olunur
“Deloitte” noyabrın 11-22-də Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə 29-cu Tərəflər Konfransında (COP29) qlobal liderlər, siyasətçilər və innovatorlarla bir araya gəlməkdən qürur duyur.
Bu sammitdə, Azərbaycanın ev sahibliyi etdiyi tədbirdə dünyanın ən böyük peşəkar xidmətlərini göstərən şirkətlərdən biri olan “Deloitte” Türkiyə, Almaniya, ABŞ, Hindistan, Yeni Zelandiya, Niderland kimi ölkələrdən olan ekspertlərdən ibarət böyük bir heyətlə təmsil olunur. Heyətin məqsədi “Deloitte” şirkətinin dayanıqlı maliyyə, enerji keçidləri və iqlim davamlılığına töhfə verən qabaqcıl texnologiyalar sahəsindəki həllərini təqdim etməkdir.
COP29 həm Azərbaycan, həm də “Deloitte” üçün iqlim dəyişikliyinə qarşı mübarizə və dayanıqlı inkişaf sahəsində qətiyyətli öhdəliklərini nümayiş etdirmək baxımından vacib bir fürsətdir. “Deloitte” şirkətinin beynəlxalq şəbəkəsini təmsil edən ekspertlər tədbir çərçivəsində karbon azaldılması, yaşıl enerji üçün maliyyələşdirmə imkanlarının genişləndirilməsi və iqlim risklərinin həlli üçün innovativ yanaşmalar kimi əsas mövzularda panel müzakirələri və seminarlarla iştirak edəcəklər.
“COP29 təkcə Azərbaycan üçün deyil, dünya üzrə biznes və hökumətlər üçün də əhəmiyyətli bir dönüş nöqtəsidir. “Deloitte” şirkətinin aparıcı mütəxəssislərindən ibarət heyətimiz bu mötəbər tədbirdə daha dayanıqlı bir gələcəyə doğru aparan həlləri müzakirə etməkdən məmnunluq duyur”, - deyə “Deloitte Azərbaycan”ın İdarəedici Partnyoru Nuran Kərimov bildirib.
Şirkətin COP29-da keçirəcəyi tədbirlər və mövzularla bağlı daha ətraflı məlumat üçün “Deloitte COP29” Tədbir Səhifəsini ziyarət edin. COP29 çərçivəsində “Deloitte” pavilyonunda bizi ziyarət edərək daha çox məlumat ala və müzakirələrimizə qoşula bilərsiniz.