"BAKI AVTONƏQLİYYAT GÖMRÜK POSTU" YARADILMIŞDIR
İyunun 15-dən etibarən Azərbaycan ərazisinə (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) hüquqi və fiziki şəxslər tərəfindən gətirilən, habelə müxtəlif səbəblərdən həmin tarixədək gömrük rəsmiləşdirilməsindən keçməyən avtonəqliyyat vasitələri Bakı Avtonəqliyyat Gömrük Postunda rəsmiləşdiriləcəkdir. Sərhəd-keçid gömrük orqanlarının rəhbərləri avtonəqliyyat vasitələrinin yeni posta vaxtında çatdırılması üçün qanunvericiliyə uyğun tədbirlər görməlidirlər.