"Beşiktaş" klubu tarixində ilk dəfə UEFA Çempionlar Liqasının səkkizdəbir finalına yüksəlib
Bakı, 21 noyabr, AZƏRTAC
İstanbulun "Beşiktaş" klubu tarixində ilk dəfə UEFA Çempionlar Liqasının səkkizdəbir finalına yüksəlib.
AZƏRTAC xəbər verir ki, Avropanın ən nüfuzlu klub turnirinin qrup mərhələsində keçirdiyi beşinci matçda doğma meydanda "Portu" ilə 1:1 hesabı ilə heç-heçə edən istanbullular xallarının sayını 11-ə çatdıraraq "G" qrupunda liderliklərini rəsmiləşdiriblər.
Matçın 29-cu dəqiqəsində "Portu" Felipenin qolu ilə hesabda irəli çıxıb. Lakin ilk hissənin sonuna yaxın "Beşiktaş"ın heyətində Taliska hesabı bərabərləşdirib - 1:1.
Beləliklə, qrupda üç qələbə və iki heç-heçə edən "Beşiktaş" UEFA Çempionlar Liqasında öz qrupunda lider olan ilk türk klubu adını qazanıb.
İstanbul təmsilçisi qrup mərhələsinin sonuncu turunda səfərdə "Leypsiq" komandasının qonağı olacaq.
“E” qrupunun ilk qarşılaşmasında isə Rusiyanın “Spartak” klubu doğma meydanda Sloveniyanın “Maribor” komandası ilə 1-1 hesablı heç-heçə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [14:47]
Azərbaycanlı futbolçu Kipr klubuna keçib
- 15.06.2026 [14:29]
“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb
- 15.06.2026 [13:54]
Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaq
- 15.06.2026 [13:14]
Azərbaycan avarçəkəni Portuqaliyada ikinci qızıl medalını qazanıb
- 15.06.2026 [13:09]
"Sabah"ın yeni idman direktorunun adı məlum olub
- 15.06.2026 [13:01]
İspaniya millisi dünya çempionatında mübarizəyə başlayır
- 15.06.2026 [02:26]
Dünya çempionatı: Niderland və Yaponiya milliləri heç-heçə ediblər
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]