"İçərişəhər" Qoruq İdarəsi incəsənət-xeyriyyə layihəsinə start verib
Bakı, 23 aprel, AZƏRTAC
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi rəssamlara və koronavirusa qarşı mübarizə tədbirlərinə dəstək olmaq məqsədilə incəsənət-xeyriyyə layihəsinə start verib.
İdarədən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində qurum Bəhruz Kəngərli, Sayalı Məmmədova, Orxan Qarayev, İmran Mehdiyev və Vüsalə Ağarzayevanın daxil olduğu bir qrup azərbaycanlı rəssama dünyada koronavirusla bağlı mövcud vəziyyəti əks etdirən rəsm əsərləri sifariş edib. Əsərlər aprelin 24-də təşkil ediləcək xüsusi qapalı auksionda onlayn formatda nümayiş etdiriləcək. Auksion aprelin 27-də saat 12:00-da başa çatacaq.
Auksionun keçiriləcəyi səhifəyə "İçərişəhər" DTMQİ-nin "İÇƏRİ ŞƏHƏR - LIVING HISTORY" feysbuk səhifəsindəki linkdən keçid etmək olar.
Qeyd edək ki, nümayiş olunan əsərlər üçün təkliflər qapalı formatda qəbul olunacaq - beləliklə, müəyyən bir sənətkarın sənət əsərini almaq istəyən hər kəs səhifədə şəxsi mesaj yazmaqla təkliflərini artıra biləcək. Gündə bir dəfə auksiona çıxarılan hər sənət əsəri üçün təklif olunan ən yüksək məbləğ elan olunacaq.
Xatırladaq ki, auksionda toplanan bütün vəsait Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:57]
Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb
- 12.10.2026 [18:34]
“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb
- 12.10.2026 [18:20]
İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib
- 12.10.2026 [16:48]
Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib
- 12.10.2026 [16:26]
Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb
- 12.10.2026 [16:23]
Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram
- 12.10.2026 [16:10]
Gənc Tamaşaçılar Teatrında yeni premyera: “Qodo həsrətində”
- 12.10.2026 [15:40]
Sumqayıt Teatrında “Sürgün sevgi” tamaşasının premyerası olacaq
- 12.10.2026 [15:05]