Azərbaycan şairlərinin şeirləri xarici mətbuatda
Bakı, 12 oktyabr, AZƏRTAC
ABŞ-nin Los-Anceles şəhərində fəaliyyət göstərən “Mascomania News” müstəqil beynəlxalq rəqəmsal xəbər və geosiyasi nəşrinin mədəniyyət portalında Azərbaycanın tanınmış şairləri Ramiz Rövşənin və Qulu Ağsəsin şeirləri ingilis dilində dərc olunub.
AZƏRTAC xəbər verir ki, filologiya üzrə fəlsəfə doktoru Kamran Nəzirlinin tərcüməsində təqdim olunan “Azad qadın heykəli”, “Qara paltarlı qadın” (Ramiz Rövşən) və “Müharibə əlili”, “Görsən ki, üşüyürsən...” (Qulu Ağsəs) adlı şeirlərə portal redaktorları “Ön söz” də yazaraq Azərbaycan şairləri haqqında Amerika oxucularına müfəssəl məlumatlar veriblər.
Qeyd edək ki, müstəqil beynəlxalq nəşr hər iki şairimizin adına səhifələr də açıb.