"Qarabağ"ın sabiq futbolçusu: Bu gecə bütün Azərbaycan tarixi qələbəyə şahidlik edəcək
Bakı, 22 fevral, AZƏRTAC
"Qarabağ" Portuqaliyadakı oyunu Bakıda da göstərə bilsə, mərhələni rahatlıqla keçəcək".
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu Danilo Dias Ağdam təmsilçisinin UEFA Avropa Liqasının pley-off mərhələsində bu gün Bakıda Portuqaliya "Braqa"sına qarşı keçirəcəyi cavab oyunu ilə bağlı danışarkən deyib.
Braziliyalı veteran hücumçu bildirib ki, Azərbaycan çempionunun növbəti mərhələyə vəsiqə qazanmaq üçün əla şansı var: "Komandalar arasında ilk matçı izləmişəm. “Qarabağ” çox yaxşı mübarizə apardı və layiqli qələbə qazandı. Keçmiş komandamın tarix yazmaq üçün əla fürsəti var. Ən vacib olan məqam futbolçuların arxayınlaşmamasıdır. Görüşə yaxşı köklənmək önəmlidir".
Onun sözlərinə görə, "Braqa"nın son dövrlərdəki uğursuz çıxışı "Qarabağ" üçün müsbət məqamdır: "Qurban Qurbanovun bu cür matçlar üçün xüsusi planları olur. O çox ağıllı məşqçidir. İnanıram ki, bu gecə bütün Azərbaycan tarixi qələbəyə şahidlik edəcək".
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq. Portuqaliyadakı ilk matçda “Qarabağ” 4:2 hesablı qələbə qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]