"QIRXÇIRAQ-SALYAN" QAZ XƏTTİ YENİDƏN QURULUR
AZƏRTAC xəbər verir ki, "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə 7 min metr uzunluğu olan "Qırxçıraq-Salyan" qaz xətti yenidən qurulur.
Bu istiqamətdə daha yüksək tutumlu 530 millimetrlik borular quraşdırılır. Məqsəd təbii qaz istehlakına artan tələbatı daha dolğun ödəməkdir. Az müddətdə 1.300 metrlik xətt çəkilmişdir. Layihənin icrasının bu ilin axırınadək tam başa çatdırılması nəzərdə tutulur.
Ümumiyyətlə, cari ilin əvvəlindən bəri rayonda 6 min metrlik qaz xətti, 30-a yaxın qazpaylayıcı qurğu təmir edilmiş, əlavə 237 mənzilə qaz sayğacı qoyulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:53]
Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir
- 11.06.2026 [18:43]
OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq
- 11.06.2026 [17:59]