"Seltik"in baş məşqçisi Kamilo Duranın transferini açıqlayıb
Bakı, 8 iyul, AZƏRTAC
Şotlandiyanın "Seltik" klubunun baş məşqçisi Martin O'Nil "Qarabağ"ın futbolçusu Kamilo Duranı transfer etməyə yaxın olduqlarını təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, mütəxəssis klubun televiziyasına açıqlamasında kolumbiyalı hücumameyilli yarımmüdafiəçinin tibbi müayinədən keçdiyini bildirib. Onun sözlərinə görə, müayinənin bu gün başa çatdırılması nəzərdə tutulub.
Martin O'Nil 24 yaşlı vingerin tezliklə komandaya qoşulacağını söyləyib: “O, çox gəncdir. Düşünürəm ki, yaxşı oyun göstərə bilər. Öz mövqeyində kifayət qədər güclüdür”.
Qeyd edək ki, Kamilo Duran "Qarabağ"a ötən ilin yayında Portuqaliyanın "Portimonense" klubundan transfer olunub. Hücumçu Ağdam təmsilçisinin heyətində bütün turnirlərdə 48 oyunda 15 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. O, UEFA Çempionlar Liqasında 10 matçda 5 dəfə fərqlənib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [16:41]
Azərbaycanı U-19 Avropa çempionatında 13 boksçu təmsil edəcək
- 10.08.2026 [16:14]
“Araz-Naxçıvan” sol cinahını bosniyalı müdafiəçi ilə gücləndirdi
- 10.08.2026 [15:11]
NBA klubu liqanın ən qısa və ən ucaboy oyunçularını transfer edib
- 10.08.2026 [13:56]
Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlanıb
- 10.08.2026 [13:30]
“Neftçi”nin hücumçusu “Araz-Naxçıvan”a keçib
- 10.08.2026 [13:24]
Yeni mövsüm üçün Azərbaycan Premyer Liqasının sponsoru bəlli olub
- 10.08.2026 [13:23]
Premyer Liqa: “Sumqayıt”-“Neftçi” matçının stadionu dəyişdirilib
- 10.08.2026 [13:00]