ABA sədri: Ötən il bank sektorunun aktivləri 4,5 faiz artıb
Bakı, 9 yanvar, AZƏRTAC
Ötən ilin sonuna bank sektorunun aktivləri 49,2 milyard manat təşkil edib ki, bu da ötən dövrlə müqayisədə 4,5 faiz çoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev “Azərbaycan Maliyyə Forumu: Nailiyyətlər və Çağırışlar” forumunda deyib.
O bildirib ki, ötən il Azərbaycan iqtisadiyyatına kredit qoyuluşlarının həcmi 23,2 milyard manata çatıb.
“Bu dövrdə kreditlərin dollarlaşma əmsalı azalaraq 18,8 faiz təşkil edib. Vaxtı keçmiş kreditlərin portfeldə payı 31 faiz azalıb. Problemli kreditlərin portfeldə payı isə 1,9 faizədək geriləyib. Banklardakı depozitlərin həcmi 2,3 faiz artaraq 34,6 milyard manat olub. Fiziki şəxslərin əmanətlərinin həcmi isə 12,5 milyard manata bərabərdir. Bankların kapital mövqeyi güclənib. Banklar tərəfindən 1,1 milyard manat mənfəət əldə edilib”, - deyə Zakir Nuriyev əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [12:46]
ADY-nin Astara Terminalında yük daşımaları 33 faiz artıb
- 09.10.2026 [12:28]
Azərbaycanda üst geyim istehsalı 50 faizdən çox artıb – QRAFİK
- 09.10.2026 [12:07]
Pərakəndə ticarət dövriyyəsi 4 faizə yaxın artıb
- 09.10.2026 [11:57]
İqtisadiyyata kredit qoyuluşları 14,5 faiz artıb
- 09.10.2026 [11:54]
Fiziki şəxslərin banklardakı əmanətləri artıb
- 09.10.2026 [11:53]
Əsas kapitala yönəldilən investisiyanın məbləği açıqlanıb
- 09.10.2026 [11:49]
Sənaye sektorunda 51 milyard manatdan çox məhsul istehsal edilib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Əhalinin gəlirləri artıb
- [11:43]
Azərbaycanda ÜDM artıb
- [11:26]
Bu gün Ümumdünya Poçt Günüdür
- [09:37]