ABŞ AŞQABADDAN İZAHAT GÖZLƏYİR
ABŞ “Muradovanın ölümünün dəqiq təfərrüatının müəmmalı qaldığını” vurğulayaraq, “Türkmənistan hökumətini jurnalistin cəsədinin yarılmasının nəticələrini təqdim etməyə” çağırmışdır.
“Azadlıq” və “Azad Avropa” radiostansiyalarının müxbiri, əvvəllər Türkmənistanın Helsinki Fondunda işləmiş Muradova iyunun 18-də, bəyan edildiyi kimi, “ölkədə dincliyi pozan gizli fəaliyyət qrupunun dağıdılması” üzrə əməliyyat zamanı Aşqabad polisinin əməkdaşları tərəfindən tutulmuşdu. Avqustun 25-də cəmi bir neçə dəqiqə çəkən məhkəmədə o, qanunsuz silah saxlamaq ittihamı üzrə altı il müddətinə azadlıqdan məhrum edilmişdi. Hökm ATƏT, “Sərhədlərsiz reportyorlar” təşkilatı, Jurnalistləri Müdafiə Komitəsi tərəfindən kəskin tənqidlə qarşılanmışdı.
ABŞ Dövlət Departamenti diqqəti buna cəlb etmişdir ki, Türkmənistanın məhkəmə sistemi müstəqil deyildir və jurnalistin prosesi lazımi məhkəmə prosedurları olmadan və qapalı rejimdə keçirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:43]
Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq
- 16.10.2026 [13:25]
Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı
- 16.10.2026 [12:38]
Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq
- 16.10.2026 [11:46]
Səudiyyə Ərəbistanında Asiya çempionatına hazırlıqlar davam etdirilir
- 16.10.2026 [11:30]
Fransada inflyasiya səviyyəsi 3,1 faizə çatıb
- 16.10.2026 [11:28]