ABŞ-DA CİNAYƏTKAR KİLSƏYƏ GƏLƏNLƏRDƏN DÖRDÜNÜ VƏ ÖZ ARVADINI ÖLDÜRMÜŞDÜR
AZƏRTAC Assoşieyted Press agentliyinə istinadla xəbər verir ki, Baton-Ruj şəhərində (ABŞ, Luiziana ştatı) bir cavan kilsəyə girənlərə atəş açmışdır. Nəticədə beş adam yaralanmış və onlardan dördü ölmüşdür. Üç uşaqla arvadını kilsədən götürən 25 yaşlı Entoni Bell sonra öz arvadını da güllələmişdir.
Hadisə yerinə gələn polislər evin yanında Bellin arvadının cəsədini və mənzillərin birində uşaqları ilə gizlənən cinayətkarı tapmışlar. Həbs olunarkən Bell müqavimət göstərməmiş, uşaqlar xəsarət almamışlar.
Cinayətin səbəbləri məlum deyildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [20:31]
Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]