ABŞ-da COVID-19 əleyhinə vurulan peyvəndlərin sayı 31 milyon dozanı keçib
Vaşinqton, 1 fevral, AZƏRTAC
Xəstəliklərə nəzarət və onların profilaktikası üzrə mərkəzin dərc etdiyi hesabata müvafiq olaraq, bazar gününə olan vəziyyətə görə, ABŞ-da COVID-19 əleyhinə 31 milyon doza vaksin tətbiq edilib.
AZƏRTAC xəbər verir ki, bu günədək 31.123.299 doza vaksin paylaşdırılıb.
Ötən həftə Ağ evin yeni başçısı Co Bayden onun prezidentliyinin ilk 100 günü dövründə ölkə üzrə 150 milyon doza vaksinin bölüşdürüləcəyini vəd edib və Birləşmiş Ştatların yayadək “qrup şəklində immunitetə” nail olacağına ümidvar olduğunu bildirib.
Cons Hopkins Universitetinin son məlumatına görə, şənbə günü ABŞ-da COVID-19-a 135.252 yeni yoluxma halı qeydə alınıb, xəstəlikdən 2640 ölüm halı baş verib. Beləliklə, pandemiya başlanandan bəri ABŞ-da koronavirusa yoluxanların ümumi sayı 26.147.162 nəfər təşkil edir. Bu müddət ərzində 440.843 nəfər xəstəliyin qurbanına çevrilib.
ABŞ-ın Vaşinqton bürosu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]
Fransanın dövlət borcu rekord həddə çata bilər
- 21.09.2026 [11:53]
ABŞ-də dizelin qiyməti ilk dəfə 6,50 dolları keçib
- 21.09.2026 [11:35]
Si Cinpinin ABŞ-yə səfərinin tarixi açıqlanıb
- 21.09.2026 [11:02]
Ərzurumda Zəngəzur dəhlizinin Şərqi Anadoluya töhfəsi müzakirə olunacaq
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Beynəlxalq Sülh Günüdür
- [09:00]
Zelenski Trampla Nyu-Yorkda görüşəcək
- 20.09.2026 [23:30]
Şahmat Olimpiadası: Qadın yığmasından qələbə, kişi komandası heç-heçə edib
- 20.09.2026 [22:56]
Üzüm, şərab və musiqi - Şamaxıda rəngli festivaldan FOTOLAR
- 20.09.2026 [22:17]
Azərbaycanın veteran cüdoçusu dünya çempionu olub
- 20.09.2026 [22:14]
Premyer Liqa: Turun bağlanış matçında qalib müəyyənləşməyib
- 20.09.2026 [21:31]
Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib
- 20.09.2026 [20:56]
Xudutəpə qədim yaşayış məskənində gil ocaq qurğuları aşkar edilib
- 20.09.2026 [20:55]
Xankəndidə şəhər günü münasibətilə konsert təşkil olunub
- 20.09.2026 [20:54]
Azərbaycanın dövlət suverenliyinin tam bərpası - ŞƏRH
- 20.09.2026 [20:35]