ABŞ-da prezident seçkilərində səslərin hesablanması davam edir
Vaşinqton, 6 noyabr, AZƏRTAC
Noyabrın 5-i axşam saatlarına olan vəziyyətə görə, ABŞ-da prezident vəzifəsi uğrunda mübarizədə kimin qalib gəlməsi hələ məlum deyil. Çünki istər indiki Prezident Donald Trampın, istərsə də sabiq vitse-prezident Co Baydenin topladığı seçkiçi səslərinin sayı qələbə üçün zəruri olan 270 səs baryerini adlamağa kifayət etmir.
AZƏRTAC xəbər verir ki, təsdiqlənmiş son məlumatlara əsasən seçkiçilərin səslərinin ümumi hesabında Bayden liderlik edir: o, 253, Tramp isə 215 seçkiçi səsi qazanıb. ABŞ-ın səkkiz ştatında - Arizona, Nevada, Viskonsin, Miçiqan, Pensilvaniya, Corciya, Şimali Karolina və Alyaskada hələ qalib müəyyən edilməyib.
Bayden ümumxalq səsverməsində toplanan səslərin sayına görə cüzi üstünlüyə malikdir. O, təqribən 4 milyon səs fərqi ilə Trampı geridə qoyur.
AZƏRTAC-ın Vaşinqton bürosu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:47]
Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb
- 07.08.2026 [16:35]
Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib
- 07.08.2026 [16:06]