Azərbaycan Dövlət İnformasiya Agentliyi

ABŞ-da təhsil alan azərbaycanlı doktorant: Ən böyük arzum ölkəmizin maliyyə sahəsi üzrə inkişafına töhfə verməkdir MÜSAHİBƏ

Vaşinqton, 23 avqust, AZƏRTAC

Bu il Nyu-York Dövlət Universitetində maliyyə ixtisası üzrə 500 min dollar məbləğində tam təqaüd qazanaraq doktoranturaya qəbul olan Toğrul Ağbabalının müsahibəsini təqdim edirik.

- Toğrul Ağbabalı kimdir? Özünüz haqqında məlumat verməyinizi istərdik.

- Mən 2002-ci ildə Bakıda anadan olmuşam. Atam hüquqşünas, anam həkimdir. 2018-ci ildə 43 nömrəli məktəb-liseyi fərqlənmə ilə bitirmişəm. Sonra Türkiyədə İstanbul Texniki Universitetinə qəbul olmuşam. Xaricdə təhsil almaq arzusu uşaqlığımdan məndə olub. Uşaq vaxtı tədbirlər keçiriləndə, dərsdə inşa yazanda mən hər zaman böyüyəndə xaricə gedib təhsil alacağımı və Vətənimə qayıdıb burada işləyəcəyimi qeyd edirdim. Bu xəyalım məni əvvəlcə Türkiyəyə, sonra isə Amerikaya gətirdi.

- ABŞ-da təhsil həyatınız necə başladı və davam etdi?

- Amerikada təhsil həyatım planlı şəkildə başladı. Dediyim kimi, məktəbi bitirdikdən sonra İstanbul Texniki Universitetinin Nyu-York Dövlət Universiteti ilə ikili proqramı olan biznesin idarə edilməsi üzrə bakalavriat səviyyəsinə qəbul oldum. Proqramın qaydalarına uyğun olaraq əvvəlcə 2 il yarım İstanbul Texniki Universitetində təhsil aldım. Təhsilin qalan hissəsini Nyu-Yorkda davam etdirdim. Bu proqramda hər il xarici tələbələr üçün yalnız 3 yer açılır. Mən o 3 nəfərdən biri ola bildim. Onu da deyim ki, İstanbul Texniki Universitetində göstərdiyim ən yüksək nəticəyə görə Nyu-Yorkda maksimum rəqəm olan 50 faiz təqaüdü qazananlardan oldum. 2021-ci ilin əvvəlində təhsilimi Nyu-York Dövlət Universitetində davam etdirmək üçün ABŞ-a gəldim. 2022-ci ildə bakalavr təhsilimi başa vurdum. 2022-ci ildə maliyyə proqramı üzrə Corc Vaşinqton Universitetində magistraturaya qəbul oldum. 2024-cü ilin mayında magistratura təhsilimi başa vurdum və hazırda Nyu-York Universitetinin “Buffalo” kampusunda öz sahəm üzrə doktorantura təhsili alıram.

- İxtisasınız barədə bir qədər məlumat verərdiniz.

- Mən bakalavr təhsili aldığım müddətdə fərqli sahələr üzrə dərslər seçərək hansı istiqamətdə ixtisaslaşmaq barədə düşünürdüm. Bir neçə istiqamətdə maliyyə üzrə də dərslər aldım. Tədricən bu sahəyə xüsusi marağımın olduğunu anladım. Niyə görə maliyyə? Maliyyə bir sıra problemlərin, aktual məsələlərin başında duran ən böyük səbəblərdəndir. Maliyyənin düzgün şəkildə idarə olunması bəlkə də ən vacib məsələdir. Maliyyə yalnız bizim həyatda gördüklərimiz deyil, həyatımızın bütün aspektlərini əhatə edən geniş məfhumdur. Ona görə də marağım maliyyə istiqamətində oldu.

- ABŞ-da tələbə olmaq nə deməkdir. Bu ölkənin təhsilini fərqli edən nədir?

- Məncə, bu suala çox yaxşı cavab verə bilərəm. Ona görə ki, həm ABŞ-da oxumuşam, həm də bakalavr təhsilimin birinci hissəsini Türkiyədə almışam. İstanbula gəldiyim və ilk dərslərimə başladığım zaman orada təhsil sistemi mənim üçün çox fərqli idi. Düşünürdüm ki, yəqin bu mənim ala biləcəyim ən yaxşı təhsillərdən biridir. Həqiqətən də İstanbul Texniki Universiteti hazırda Türkiyənin bir nömrəli universitetidir. Təhsilin keyfiyyəti hər zaman orada ən yüksək səviyyədədir. Lakin təhsilimi ABŞ-da davam etdirməyə başladıqdan sonra yeni bir mühitin şahidi oldum. Düşünürəm ki, bunun ən əsas faktorlarından biri dərslərdə interaktivlik səviyyəsidir. Yəni tələbələr dərslərdə sadəcə müəllimlərin dedikləri ilə kifayətlənmir, həmçinin dərslərdən sonra və hətta dərs zamanı real həyatı daha çox özündə əks etdirən problemlərin həlli ilə məşğul olurlar. Bu, mənim sahəmdə də belədir. Məsələn, maliyyə sahəsində biz real olmasa da, demo vəsaitlər hesabına ABŞ fond birjasında fərqli maliyyə üzrə araşdırmalar aparır və bir növ alqı-satqı həyata keçirərək, real həyatda bir maliyyəçinin etməli olduğu əməliyyatları icra edir və vəsait qazanmağa çalışırdıq. Sözün açığı, mən bunu öz sahəmdə olan əsas üstünlüklərdən biri kimi görürəm. Bu praktiki cəhətdən tələbəni real həyata hazırlayan bir yoldur. Tələbələr arasında yüksək səviyyədə rəqabət mövcuddur. Məsələn, bizim proqramda iştirak edən 25-30 tələbə arasında bütün dərslər üzrə rəqabət var idi.

- Doktoranturaya qəbul olmaq və böyük məbləğdə təqaüd almaq prosesi necə baş verdi? Hansı mərhələlərdən keçdiniz?

- ABŞ-da doktorantura pilləsində tələbəyə təqaüd verildiyi üçün tələbələr xüsusi seçim mərhələlərindən keçməli olurlar. Buraya tələbənin bakalavr və magistratura sahəsində əldə etdiyi nəticələr, ingilis dili bilikləri, GRI adlanan doktorantura imtahanı nəticələri daxildir. Tələbənin universitet zamanı həyata keçirdiyi fəaliyyətlərə də diqqət edilir. Mən Corc Vaşinqton Universitetində olarkən müəllim köməkçisi işləyirdim, qeydiyyatımda 350-dən çox tələbə var idi. Onlarla müəyyən fəaliyyətlər, görüşlər həyata keçirirdim. Bu amil seçimimdə çox böyük rol oynadı. Bununla yanaşı, tələbənin araşdırma üçün motivasiyası çox vacibdir. Seçim prosesində məndən araşdırma aparmaq istədiyim sahə üzrə kiçik bir yazı istədilər. Bütün bunların nəticəsində mənimlə bağlı müsbət fikirlə gəldilər. Mən hazırda universitetdə doktorantura pilləsində maliyyə üzrə qəbul olan ilk tələbəyəm.

- Bəs Amerikada nə kimi çətinliklərlə qarşılaşmısınız?

- Məncə, xaricdə təhsil alan bütün tələbələrin üzləşdiyi əsas çətinlik mənəvi tərəflə bağlıdır. Xüsusilə ABŞ-da olmaq o deməkdir ki, vətəndən, ailədən, sevdiklərinizdən 8000-9000 min kilometr uzaqlardasan. Bir tələbə kimi gəlib burada yerləşmək, eyni zamanda, təhsili ən yüksək səviyyədə almağa çalışmaq, problemləri təkbaşına həll etmək bunun ən çətin tərəflərindən biridir. Mənim də qarşılaşdığım çətin məqamlar bununla bağlı olub.

Adaptasiya məsələləri ilə ölkəsini dəyişən hər kəs qarşılaşır. ABŞ-da bu, xüsusilə çətindir. Vurğulamaq istərdim ki, Bakı və İstanbuldan sonra Nyu-York, Vaşinqton kimi şəhərlərə köçmək çox fərqlidir. Türkiyə və Avropaya getdikdə tələbələrin qarşılaşdığı cəmiyyətlər bizimkinə nisbətən daha yaxındır. Burada mühit isə bizim toplumdan çox uzaq və fərqlidir.

- Karyera planlarınız nədir? ABŞ-da qalmağı, ya Azərbaycana qayıtmağı düşünürsünüz?

- Hazırda Nyu-York Dövlət Universitetində doktorantura təhsili alıram. Düşünürəm ki, hər bir doktorantura tələbəsinin karyera hədəfi oxuduğu və ya araşdırma apardığı sahəyə gələcəkdə töhfə verməkdir. Ən böyük hədəfim maliyyə sahəsi üzrə araşdırma aparmaq və bu sektora töhfə verməkdir. ABŞ-da, ya Azərbaycanda qalmaq sualına gəldikdə isə qətiyyətlə cavab verə bilərəm ki, ən böyük hədəflərimdən və ən böyük xəyallarımdan biri gələcəkdə Azərbaycanın maliyyə sahəsi üzrə inkişafına töhfə verməkdir. Gələcəkdə Azərbaycana qayıdıb orada işləmək, fəaliyyət göstərmək, araşdırmalar aparmaq istəyirəm.

- Amerikada azərbaycanlı tələbənin ölkənin tanıdılması baxımından fəal olması da çox vacibdir. Siz indiyə qədər nə kimi tədbirlərin təşkilində iştirak etmisiniz?

- Corc Vaşinqton Universitetində magistratura təhsili aldığım dövrdə oradakı azərbaycanlı tələbələrlə birgə Corc Vaşinqton Tələbələr Birliyi adı altında həm Azərbaycanın ABŞ-dakı səfirliyi, həm də Diasporla İş üzrə Dövlət Komitəsi ilə birlikdə bir neçə tədbir keçirmişik. Buraya 20 Yanvar faciəsinin, Xocalı soyqırımının ABŞ-da tanıdılması, 8 noyabr Zəfər Günü ilə bağlı tədbirlərimiz daxildir. Həmçinin Novruz və digər bayramlarla bağlı adət-ənənələrimizi universitet tələbələrinə nümayiş etdirmək məqsədilə bir neçə tədbirimiz olub. Ümumiyyətlə, burada tələbə olduğumuz vaxtda təkcə təhsilə köklənməmişik, həm də Azərbaycanın gücümüz çatdığı qədər həm universitetdə, həm də Virciniya, Merilend və Vaşinqtonda (DMV) daha çox tanınması üçün çox sayda tədbirlər həyata keçirmişik.

- Xaricdə və ABŞ-da təhsil almaq istəyənlərə tövsiyələriniz nədir?

- Ən böyük tövsiyəm odur ki, heç zaman geriyə addım atmasınlar, təslim olmasınlar. ABŞ-da rəqabətlilik yüksək səviyyədədir. Dünyanın hər bir yerindən tələbələr ABŞ-da təhsil almaq üçün müraciətlər edirlər. Bu da yüksək səviyyədə rəqabət mühiti yaradır. Bu rəqabətə görə bəzən insanlar müraciətlərinə müsbət cavab ala bilmirlər. Ona görə də ən böyük tövsiyəm odur ki, tələbələr bu il alınmadısa, gələn il üzərilərində daha çox işləyərək yenidən cəhd etsinlər. Tələbələr buraya təhsil almağa gəldikdə təhsildən sonra burada qalmaq düşüncəsi ilə gəlməsinlər. Onlar buraya gəlsinlər, həm təhsil alsınlar, həm də Azərbaycanı burada tanıtmağa çalışsınlar. Onlar tələbə təşkilatlarına qoşularaq fəal ola bilərlər. Ən əsası da təhsil alıb öz sahələri üzrə ixtisaslaşdıqdan sonra töhfə vermək üçün hər zaman Azərbaycana qayıtmağı düşünsünlər.

Azərbaycanın təhsil sistemi son illər çox sürətlə inkişaf edir. Bunu heç kəs dana bilməz. Əlbəttə ki, ABŞ universitetləri də köklü və təcrübəli sistem üzərində qurulub və azərbaycanlı tələbələrə buradakı təhsildən faydalanmağı da tövsiyə edərdim.

 

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Dövlət katibi: Cekson-Venik ticarət məhdudiyyətlərinin aradan qaldırılmasını istərdik

Stiv Deyns: Azərbaycan və Ermənistanın Ağ Evdə bir araya gəlməsi böyük dönüş nöqtəsi idi

Kanada Azərbaycanla münasibətlərin daha da inkişaf etdirilməsində maraqlıdır

Vladimir Putin dünyanın aparıcı informasiya agentliklərinin rəhbərləri ilə görüşəcək

Rubio: TRIPP layihəsi Ermənistan və Azərbaycan arasında sülh sazişinin lövbəridir

Senator: TRIPP Ermənistan və Azərbaycan üçün deyil, həm də bir çox qonşu ölkələr üçün xeyir vəd edir

Azərbaycanlı alim beynəlxalq simpoziumda iki məruzə ilə çıxış edib

Bu saata olan əsas xəbərlər

Agentlik: 2022 müəllim iş yerini dəyişdirmək imkanı qazanıb

Andrey Petruşenko: 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi faydalı əməkdaşlıq əlaqələrinin qurulması üçün əlverişli platformadır

Müdafiə naziri Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə olub

SOCAR: Təbii qaza tələbat hələ uzun müddət davam edəcək

31-ci Bakı Enerji Forumu başa çatıb - YENİLƏNİB VİDEO

31-ci Bakı Enerji Forumu başa çatıb - YENİLƏNİB VİDEO

Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsində vəsatətlərə baxılıb

Beynəlxalq konfransın iştirakçıları “Atəşgah məbədi” ilə tanış olublar

İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib

Əfqanıstan İslam Əmirliyinin Baş naziri Əl-Hac Molla Məhəmməd Həsən Axunddan

CECECO: Təmiz enerji sahəsində innovasiyaların genişləndirilməsi maliyyə resurslarına çıxış və güclü regional tərəfdaşlıq tələb edir

Mark Rubio: İran ilk dəfə nüvə proqramlarının aspektlərini müzakirə etməyə razılaşıb

Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası keçirilib VİDEO

Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası keçirilib VİDEO

SOCAR ilə SLB arasında hasilat əməliyyatlarının optimallaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Azərbaycan-Aİ strateji enerji tərəfdaşlığı nəzərdən keçirilib

SOCAR ilə BCG şirkəti arasında Əməkdaşlıq Müqaviləsi imzalanıb

Dünya Kuboku ilə bağlı Su İdmanı Sarayında genişmiqyaslı hazırlıq işlərinə başlanılıb

Sahibə Qafarova qlobal konfransda Azərbaycanın gender bərabərliyi sahəsində təcrübəsini təqdim edib

Rzabek Artıqaliyev: Orta Dəhliz region ölkələrinin iqtisadi sabitliyini təmin edir

Qazaxıstanda yerli özünüidarəetmə sistemində islahat hazırlanır

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiandan

ANAMA ilə Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzi arasında əməkdaşlıq perspektivləri nəzərdən keçirilib

Kaleb Orr: ABŞ Azərbaycanın enerji sektoruna konkret investisiyalar planlaşdırır

® IV Milli Kibertəhlükəsizlik Forumu “Azercell”in dəstəyi ilə keçəcək

Beynəlxalq festivalda uşaqların caz və estrada bayramı

Dövlət katibinin köməkçisi: ABŞ Azərbaycan iqtisadiyyatının əsas sektorlarına investisiyaları artırmaq niyyətindədir

Azərbaycan və IRENA arasında mövcud əməkdaşlıq yüksək qiymətləndirilib

Ekspert: Süni intellekt neft-qaz sektorunda təhlükəsizliyin artırılmasında mühüm rol oynayır

Azərbaycanın Ukraynaya göstərdiyi dəstək yüksək qiymətləndirilib

Milli səfərbərlik

Azərbaycanın Əməkdar artisti Ufada milli rəqs sənətini təqdim edib

ÜMT: Havanın temperaturunu artıran El Nino hadisəsinin yaxın zamanda başvermə ehtimalı 80 faizdir

İqtisadiyyat naziri: ABŞ ilə əməkdaşlıq Orta Dəhlizdən süni intellektə qədər geniş sahələri əhatə edir VİDEO

İqtisadiyyat naziri: ABŞ ilə əməkdaşlıq Orta Dəhlizdən süni intellektə qədər geniş sahələri əhatə edir VİDEO

Beynəlxalq Siqh Federasiyasının nümayəndələri Milli Məclisdə olublar

Kamandan oxatma üzrə ölkə birinciliyinin qalibləri bəlli olub

Banqladeş Xalq Respublikasının Prezidenti Məhəmməd Şahabuddindən

ABŞ süni intellekt texnologiyalarının Azərbaycanda tətbiqinin genişləndirilməsini dəstəkləyir VİDEO

ABŞ süni intellekt texnologiyalarının Azərbaycanda tətbiqinin genişləndirilməsini dəstəkləyir VİDEO

FHN Akademiyasının yaradılmasının 18 illiyi qeyd olunub

Kaleb Orr: ABŞ ilə Azərbaycan arasında yeni kommersiya sazişlərinin ümumi dəyəri 8 milyard dolları ötür VİDEO

Kaleb Orr: ABŞ ilə Azərbaycan arasında yeni kommersiya sazişlərinin ümumi dəyəri 8 milyard dolları ötür VİDEO

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Tahadan

Macarıstanın yeni Baş naziri Almaniyaya səfər edib

Kaleb Orr: ABŞ-Azərbaycan iqtisadi əməkdaşlığı görünməmiş səviyyəyə yüksələ bilər VİDEO

Kaleb Orr: ABŞ-Azərbaycan iqtisadi əməkdaşlığı görünməmiş səviyyəyə yüksələ bilər VİDEO

“Heydər Əliyev məktəbi” layihəsi çərçivəsində ilk düşərgə fəaliyyətə başlayıb

Azərbaycan enerji əməkdaşlığı modellərinin formalaşdırılmasında mühüm rol oynayır ŞƏRH

Nazir: Kritik minerallar sahəsi Azərbaycan-ABŞ iqtisadi əməkdaşlığının yeni istiqamətidir VİDEO

Nazir: Kritik minerallar sahəsi Azərbaycan-ABŞ iqtisadi əməkdaşlığının yeni istiqamətidir VİDEO

Mikayıl Cabbarov: Azərbaycan-ABŞ iqtisadi dialoqu strateji tərəfdaşlığın yeni mərhələsini açır

Avropalı astronomlar saatda 25 min kilometri aşan küləyin sürətini ölçüblər

Heydər Əliyev təqaüdçüsü: Musiqi mənim üçün sadəcə peşə deyil, həyatımın ayrılmaz hissəsidir VİDEO

Heydər Əliyev təqaüdçüsü: Musiqi mənim üçün sadəcə peşə deyil, həyatımın ayrılmaz hissəsidir VİDEO

® “Trendyol” və “PAŞA Holdinq” Uşaqların Beynəlxalq Müdafiəsi Gününü region məktəbliləri ilə qeyd edib

BMT il ərzində ekstremal hava şəraiti riskinin arta biləcəyi barədə xəbərdarlıq edib

Azərbaycan yaşıl enerji gündəliyinin həyata keçirilməsində lider mövqelərdədir ŞƏRH

Rəcəb Tayyib Ərdoğan Türk Dövlətlərinin Ali Audit Qurumları Birliyinin missiyasını salamlayıb

Zəngilan və Cəbrayıl rayonlarında sakinlərə bostan-tərəvəz şitili paylanılıb

AZAL kollektivi və mülki aviasiyanın digər nümayəndələri Fəxri xiyabanı ziyarət edib

bp-nin vitse-prezidenti: “Caspian Energy Week”dən çox təsirlənmişəm - EKSKLÜZİV

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasında hansı məsələlər müzakirə ediləcək?

Azərbaycan “Kazan Beynəlxalq Elektroenergetika Forumu”nda iştiraka dəvət edilib

Nazir: İqtisadi şaxələndirmə Azərbaycan hökumətinin əsas prioritetlərindən biridir

Ötən ay 56 aptekdə yoxlama aparılıb

Sabah Zəngilanda növbəti əmək yarmarkası olacaq

“Tarixin uşaq izləri” muzeydə: keçmişə səyahət

Baş nazir Əli Əsədov Ukrayna Baş nazirinin birinci müavini ilə görüşüb

Azərbaycan millisinin hər iki yoldaşlıq oyununu macarıstanlı hakimlər idarə edəcəklər

GECF: Geosiyasi böhranlar enerji bazarlarında uzunmüddətli dəyişikliklər yaradır VİDEO

GECF: Geosiyasi böhranlar enerji bazarlarında uzunmüddətli dəyişikliklər yaradır VİDEO

Gələcəyin şəhərlərində əsas prioritetlərdən biri nəqliyyat əlçatanlığı olacaq - ŞƏRH

Azərbaycan millisinin futzalçısının “Araz-Naxçıvan”dan ayrılma səbəbi bəlli olub

Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Anura Kumara Dissanayakedən

Azərbaycan üzrə Ölkə İqtisadi İcmalı təqdim olunub

Myanma İttifaqı Respublikasının Prezidenti Min Aung Hlaingdən

“Masdar”: Enerji əlaqələrinin gücləndirilməsi üçün siyasi, kommersiya və texniki əməkdaşlıq vacibdir VİDEO

“Masdar”: Enerji əlaqələrinin gücləndirilməsi üçün siyasi, kommersiya və texniki əməkdaşlıq vacibdir VİDEO

Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhandan

Nazir: Dəniz yolu ilə dəhlizlərin qarşılaşdığı sıxıntıları nəzərə alsaq, Orta Dəhlizin nə qədər qiymətli olduğunu anlayarıq

Ekspert: Azərbaycan Avropanın etibarlı yaşıl enerji tərəfdaşına çevrilir - ŞƏRH VİDEO

Ekspert: Azərbaycan Avropanın etibarlı yaşıl enerji tərəfdaşına çevrilir - ŞƏRH VİDEO

“Eni” rəsmisi: Enerji bazarındakı dəyişikliklər şirkətlərdən yeni yanaşmalar tələb edir VİDEO

“Eni” rəsmisi: Enerji bazarındakı dəyişikliklər şirkətlərdən yeni yanaşmalar tələb edir VİDEO

Bakıda bilyard üzrə Avropa Kuboku və Avropa çempionatı keçiriləcək

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi şəhid ailələrinin əl işlərinin V sərgi-satış yarmarkasını keçirib

Azərbaycanın artan beynəlxalq rolu: enerji ixracatçısından orta güc dövlətinə doğru ŞƏRH

Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarına çıxış imkanları nəzərdən keçirilib

Daha bir elektron pul təşkilatının lisenziyası ləğv edilib

Azərbaycanlı alim Türkiyədə ailə institutunun mənəvi çağırışlarını təhlil edib

Biləsuvar Təhsil Kompleksində Konfutsi Mərkəzinin açılışı olub

Assosiasiya sədri: Yeni dəstək mexanizmləri quşçuluq sənayesinin inkişafını sürətləndirəcək

Ötən il Rusiya vətəndaşlarına verilən Şengen multivizaların sayı 21 faizdən çox azalıb

Rəşad Nəbiyev: Bakı-Tbilisi-Qars Xəzər və Qara dənizləri arasında ən rəqabətqabiliyyətli tranzit marşrutudur

Azərbaycan və ABŞ arasında iqtisadi tərəfdaşlığın strateji inkişaf prioritetləri nəzərdən keçirilib

Azərbaycan ilə Özbəkistan arasında strateji müttəfiqlik münasibətlərinin cari vəziyyəti müzakirə edilib

Azərbaycan aliminin Qarabağa dair monoqrafiyasını isveçrəli professor yüksək qiymətləndirib

Nazir müavini: Yaşıl enerji layihələrinin inkişafı Avropada enerji qiymətlərinə də müsbət təsir göstərə bilər VİDEO

Nazir müavini: Yaşıl enerji layihələrinin inkişafı Avropada enerji qiymətlərinə də müsbət təsir göstərə bilər VİDEO

Bakıdakı Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastları bəlli olub

Fövqəladə hallar naziri Xırdalanda vətəndaşların müraciətlərini dinləyib

Düşünülmüş enerji strategiyası: Azərbaycan qlobal enerji təhlükəsizliyinə töhfə verir VİDEO

Düşünülmüş enerji strategiyası: Azərbaycan qlobal enerji təhlükəsizliyinə töhfə verir VİDEO

Aİ Komissiyası Şengen zonasının 9 ölkəsini daxili sərhəd yoxlamalarını ləğv etməyə çağırıb

BDYPİ küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib VİDEO

BDYPİ küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib VİDEO