ABŞ-də daha bir nəfər nadir burbon virusuna yoluxub
Bakı, 2 avqust, AZƏRTAC
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nyu-York ştatında nadir və müalicə olunmayan burbon virusuna yoluxma halı qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “People” jurnalı məlumat yayıb.
Bildirilib ki, Lonq Aylenddə yaşayan 67 yaşlı Maykl Larkin gənə sancmaları vasitəsilə yayılan burbon virusuna yoluxduğu müəyyən olunub. Lakin onun xəstəliyə qalib gəldiyi diqqətə çatdırılıb.
Qeyd edək ki, burbon virusu ilk dəfə 2014-cü ildə ABŞ-nin Kanzas ştatında aşkarlanıb. Həmin vaxtdan indiyədək virusa 6 yoluxma halı təsdiqlənib, onlardan 2-si ölümlə nəticələnib. Bu virus üçün peyvənd və ya spesifik müalicə üsulu yoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]