ABŞ DÖVLƏT KATİBİ SƏUDİYYƏ ƏRƏBİSTANINDAKI VƏZİYYƏTDƏN NARAHATDIR
Dövlət katibi bildirmişdir ki, o, Səudiyyə Ərəbistanının hakimiyyət orqanlarının fəaliyyətindən, ümumən, razıdır, hərçənd onlar daha çox iş görə bilərlər. O, ABŞ-ın xüsusilə informasiya mübadiləsi sahəsində bu ölkəyə yardım göstərəcəyini vəd etmişdir.
ABŞ hökuməti öz vətəndaşlarını Səudiyyə Ərəbistanını tərk etməyə çağırmışdır. Britaniya Xarici İşlər Nazirliyi də səfirliyin fövqəladə mühüm vəzifəsi olmayan əməkdaşlarının ailələri ilə birgə ölkəni tərk etməsi barədə sərəncam vermişdir.
ABŞ-ın Səudiyyə Ərəbistanındakı səfirliyi bu ölkənin Müdafiə Nazirliyinə və digər hökumət idarələrinə xidmət edən “Advanced Electronics” firmasında işləyən 58 yaşlı Kennet Skroqqsun iyunun 12-də Ər-Riyaddakı qarajında qətlə yetirilməsi faktını təsdiq etmişdir. Şahidlər bildirmişlər ki, Skroqqs maşınını qaraja salarkən 3 nəfər naməlum şəxs onu əvvəlcə kürəyindən, sonra isə başından güllə ilə vurmuşdur.
“Əl-Qaidə” nəhəng “Locheed Martin” aerokosmik korporasiyasının 49 yaşlı əməkdaşı Pol Consonu oğurladığını da bəyan etmiş və onun vizit kartını və şəklini internetdə yerləşdirmişdir.
Consonu oğurlayanlar bildirmişlər ki, ABŞ hərbçiləri Bağdaddakı “Əbu-Qreyb” həbsxanasında və Kubadakı Quantanamo həbs düşərgəsindəki məhbuslarla necə davranmışlarsa, onlar da öz qurbanları ilə elə rəftar edəcəklər.