ABŞ DÖVLƏT KATİBİNİN BİRİNCİ MÜAVİNİ RİÇARD ARMİTAC AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVƏ MƏKTUB GÖNDƏRMİŞDİR
AZƏRTAC xəbər verir ki, ABŞ dövlət katibinin birinci müavini Riçard Armitac Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərmişdir.
Dövlət Departamentində fəaliyyətinin başa çatdığını vurğulayan cənab Armitac məktubunda Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq müstəvisində Prezident Heydər Əliyevlə və Prezident İlham Əliyevlə əməkdaşlığından məmnunluğunu ifadə edərək, dövlətimizin başçısına minnətdarlığını bildirir və gələcəkdə bu tərəfdaşlığın daha böyük imkanlarının olacağını qeyd edir. O, əlavə edir ki, yeni ildə bu imkanların reallaşması ABŞ administrasiyasının diqqət mərkəzində olacaqdır: “Mən bilirəm ki, davamçılarımın ölkələrimiz arasında yeni əməkdaşlıq yollarının araşdırılmasında fəal iştirakı ilə qarşılıqlı maraq doğuran təhlükəsizlik məsələlərində ölkələrimizin bir-birinə yardımı təmin ediləcəkdir. Biz payızda keçiriləcək parlament seçkilərinə hazırlıq prosesində Sizə texniki yardım və dəstək göstərməyə hazırıq”.
R.Armitac, eyni zamanda, ümidvar olduğunu bildirir ki, Azərbaycanda Bakı-Tbilisi-Ceyhan ixrac kəmərinin açılışını, demokratiyanın daha da möhkəmlənməsini, iqtisadi inkişafı və digər prosesləri xüsusi qürur hissi və böyük maraqla izləyəcəkdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması yönündə aparılan danışıqlarla bağlı nikbinliyini ifadə edən R.Armitac məktubunu bu sözlərlə bitirir: “Azərbaycanın mənim qəlbimdə xüsusi yeri vardır. Qarşılıqlı maraq doğuran məsələlərdə atanızla və Sizinlə işləməkdən çox məmnun qaldım və Sizin Azərbaycanın gələcəyinə bağlılığınız məndə güclü təəssürat buraxdı”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]