ABŞ hərbi-dəniz qüvvələrinin “Ronald Reagan” aviadaşıyıcı gəmisi Yokosuka hərbi bazasını tərk edib
Tokio, 8 iyun, AZƏRTAC
ABŞ hərbi-dəniz qüvvələrinin “Ronald Reagan” atom aviadaşıyıcı gəmisi hərbi təlimlərə qatılmaq üçün Yaponiyanın Yokosuka hərbi bazasını tərk edib.
AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, gəminin göyərtəsində yerləşdirilən aviasiya vasitələrinin təlimlərinə iyunun 12-də start veriləcək.
Bundan sonra həmin aviadaşıyıcı gəminin də daxil olduğu zərbə qrupu Sakit okeanın qərb hissəsində uzunmüddətli patrul xidmətinə yollanacaq. Adətən bu gəmini belə səfərlər zamanı raket kreyseri, bir və ya iki esmines, həmçinin atom sualtı qayığı müşayiət edir.
Aviadaşıyıcı gəminin göyərtəsindən təyyarələrin qalxması və enməsi məşqlərinin keçirildiyi belə təlimlər Yaponiyada həmişə əhalinin və yerli özünüidarəetmə orqanlarının etirazları ilə qarşılanıb. Buna görə də bu dəfə həmin təlimlər Tokiodan təqribən 1200 kilometr məsafədə yerləşən İvocima adasına köçürülüb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:29]
Fransada polis avtomobili etiraz aksiyası keçirən şagirdlərin üstünə sürüb
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]
Almaniyada iki dövlət məmurunu qətlə yetirən şəxs saxlanılıb
- 09.10.2026 [11:06]