ABŞ-IN DÖVLƏT KATİBİ KOLİN PAUELL GÜRCÜSTAN PREZİDENTİNİN ANDİÇMƏ MƏRASİMİNDƏ İŞTİRAK EDƏCƏYİNİ BİLDİRMİŞDİR
AZƏRTAC-ın müxbiri Tbilisidən xəbər verir ki, Gürcüstanın kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, ABŞ-ın Dövlət katibi Kolin Pauel Gürcüstanın yeni prezidentinin andiçmə mərasimində iştirak edəcəkdir. Bu barədə məlumat Mixail Saakaşvilinin ABŞ prezidenti Corc Buşla 40 dəqiqəlik telefon danışığından sonra yayılmışdır. Dövlət katibi Ağ evdə keçirdiyi mətbuat konfransında Gürcüstanın yeni prezidentinin andiçmə mərasimində iştirak etmək niyyətində olduğunu bildirmişdir. Kolin Pauellin səfəri zamanı ABŞ-Gürcüstan və həmçinin Gürcüstan-Rusiya-Türkiyə münasibətləri də müzakirə olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]