ABŞ-IN MÜDAFİƏ NAZİRİ MÜAVİNİNİN KÖMƏKÇİSİ AZƏRBAYCANA GƏLMİŞDİR
Birləşmiş Ştatların Azərbaycandakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, sentyabrın 14-də ABŞ-ın müdafiə naziri müavininin köməkçisi Cim MakDuqal ölkəmizə gəlmişdir.
Sentyabrın 16-dək davam edəcək səfər müddətində Azərbaycanın Müdafiə və Xarici İşlər nazirliklərində keçiriləcək görüşlərdə ikitərəfli hərbi münasibətlərin inkişafı, terrorizmə qarşı mübarizədə əməkdaşlıq, habelə İraq, Əfqanıstan və Kosovoda sülhməramlı əməliyyatlara dair məsələlər müzakirə olunacaqdır.
Cim MakDuqal Birləşmiş Ştatların Müdafiə Nazirliyində ABŞ ilə Azərbaycan arasında ikitərəfli hərbi münasibətlərin bütün aspektlərinə məsuliyyət daşıyır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [11:30]
Parlament Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsini təsdiqləyib
- 16.10.2026 [11:07]
Milli Məclisdə 12 məsələnin müzakirəsinə başlanılıb
- 16.10.2026 [10:12]
Sultan Hacıyev AQEM-in yeni Baş katibi təyin olunub
- 16.10.2026 [00:12]