Azərbaycan Dövlət İnformasiya Agentliyi

ABŞ-ın riyakar və ikiüzlü siyasəti regionda sülhə təhdiddir ŞƏRH

ABŞ-ın riyakar və ikiüzlü siyasəti regionda sülhə təhdiddir  ŞƏRH

Bakı, 8 oktyabr, AZƏRTAC

Beynəlxalq münasibətlər sistemində etimad mühitinin möhkəmləndirilməsi, ilk növbədə, ədalət meyarının qorunmasını bir tələb kimi qarşıya qoyur. Təəssüflər olsun ki, ədalət və beynəlxalq hüquq aparıcı dövlətlərin və nüfuzlu beynəlxalq təşkilatların ikili standartlara əsaslanan siyasəti nəticəsində maraqlara görə arxa plana keçir ki, bu da öz növbəsində ölkələr arasında münasibətlərdə inamı, etimadı sıfıra endirir. Azərbaycan dövləti daim ən yüksək tribunalardan belə bir çağırışı səsləndirir ki, ikili standartlar dünya güclərinin siyasətində bir meyardırsa, qoy onu bəyan etsinlər. Beynəlxalq hüququn norma və prinsiplərinin, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tətbiqi üçün vahid mexanizmin olmaması problemlərə, münaqişələrin dərinləşməsinə gətirib çıxarır. Görünən budur ki, bu halın baş verməsi bəzi dünya güclərini nəinki narahat edir, əksinə onlar öz maraqlarına uyğun olaraq yeni ssenarilər cızmaqda, qərəzli addımlar atmaqda davam edirlər. Azərbaycan bəzi dünya güclərinin ikili siyasətini istər hazırda tarixin arxivinə atılmış Qarabağ münaqişəsinin həllində, istərsə də demokratik inkişaf sahəsində aydın şəkildə görüb və hazırda da görməkdədir. Dövlətimizin başçısı İlham Əliyevin elə bir çıxışı yoxdur ki, 30 illik işğal, eyni zamanda, postmünaqişə dövrünün reallıqlarından bəhs edərkən bu məqamlara, bəzi dünya güclərinin riyakarlığına, ikiüzlü siyasətinə diqqət yönəltməsin. Prezident İlham Əliyevin bu günlərdə Cəbrayıl rayonuna səfəri zamanı bu məkandan səsləndirdiyi bəyanatlar sırasında məhz “Riyakarlığın, ikiüzlülüyün dərəcəsi olmalıdır, yoxsa yox?!” çağırışı xüsusi yer tutdu.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.

O qeyd edib ki, qlobal çağırışlar qlobal məsələlərin həlli üçün səylərin birləşdirilməsini bir tələb kimi qarşıya qoyur. Amma təəssüflər olsun ki, kiçik dövlətlərə “ədalət və beynəlxalq hüquq” dərsi keçməyə çalışan bəzi dünya güclərinin özləri bu meyarlardan xəbərsizdir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, güclü iradə, xalq-iqtidar birliyi, xalqımızın əyilməz ruhu olan yerdə heç bir qüvvə, heç bir təşkilat bu iradənin qabağında dura bilməz. Nə qədər güclü olsaq, o qədər də bizim səsimiz eşidiləcək. Antiterror əməliyyatından keçən il ərzində biz bunun şahidi olduq. Daha böyük sanksiyaların tətbiq edilməsi üçün böyük dövlətlər Azərbaycana qarşı müxtəlif beynəlxalq platformalarda açıq hücuma keçmişdilər, soyuq müharibə başlamışdır. Bu gün də bu, davam edir.

Vüqar Rəhimzadə diqqəti Prezident İlham Əliyevin “Bugünkü gün anti-Azərbaycan qüvvələr üçün yas günüdür, matəm günüdür. Yəni, necə ola bilər ki, bizim icazəmiz olmadan Azərbaycan öz hüququnu bərpa etdi, heç kimdən soruşmadan, heç kimdən qorxmadan, heç kimi saymadan. Öz gücü hesabına, öz övladlarının fədakarlığı hesabına. Bunu bizə bağışlaya bilmirlər və bu gün Azərbaycana Amerikadan sanksiya tətbiq edilir. Ondan sonra da deyirlər ki, gəlin, dostluğumuzu möhkəmləndirək. Hansı dostluqdan söhbət gedə bilər? Bizim dostumuz odur ki, bu günə sevinir” çağırışına yönəldərək bildirib ki, ABŞ 1992-ci ildə ölkəmizə qarşı sanksiya tətbiq etdi. Həmin dövrdə Azərbaycan haqqında məlumatsızlıq, bu fonda dünya güclərinin ikili siyasətinin daha da geniş vüsət alması erməni yalanlarının həqiqət kimi qəbul olunmasına yol açdı. Yalan, qərəz üzərində qurulan təbliğatın, siyasətin ömrü uzun ola bilməz. Erməni diasporunun gücü sayəsində ABŞ Konqresi “Azadlığı Müdafiə Aktı”na ədalətsiz 907-ci düzəlişi əlavə etdi. Ermənilər və erməni diasporu belə fikir yaratmışdılar ki, Azərbaycan Ermənistanı blokadada saxlayır. Ölkəmiz işğalçı, Ermənistan isə işğala məruz qalan tərəf kimi təqdim edilirdi. Bu, ermənilərin uzun illərdir ölkəmizə qarşı apardıqları riyakar siyasətdir. Amma ABŞ kimi dünya gücünün heç bir araşdırma aparmadan yeni müstəqillik qazanmış bir dövlətə belə yanaşma nümayiş etdirməsi ədalətsizlik, beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması idi.

Milli Məclisin deputatı bildirib ki, dövlətimizin başçısı Cəbrayıldan səsləndirdiyi çağırışda ABŞ-ın bu addımını şərtləndirən digər mühüm amillərə də diqqəti yönəltdi. Bildirdi ki, həmin sanksiya tətbiq ediləndə torpaqlarımız əldən gedirdi. Sonra sanksiyalar 2001-ci ildə aradan qaldırıldı. Nə üçün? Çünki onların Əfqanıstandakı işğalçılıq müharibəsi başlamışdı və bizə ehtiyacları var idi. Nə qədər ki, onlar Əfqanıstanda qalmışdılar, hər il bu sanksiya Amerika Prezidenti tərəfindən aradan qaldırılırdı. ABŞ dünyanın gözü qarşısında Əfqanıstandan qaçdıqdan sonra bu sanksiyalar yenidən bizə qarşı tətbiq edildi: “Bu nankorluğun dərəcəsi var, yoxsa yox?! Yəni, biz sizə lazım olanda sən bu sanksiyaları aradan qaldırırsan, biz sizə lazım olmayanda yenidən bərpa edirsən, nə üçün?” Təbii ki, Azərbaycanın tarixi Zəfərini, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsini, bu torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işlərini həyata keçirməsini həzm edə bilməyən ABŞ kimi bəzi dünya gücləri sanksiyalar tətbiq etməklə öz riyakarlıqlarını, ikiüzlü siyasətlərini nümayiş etdirirlər. Hansı ki, bu dövlətlər keçmiş Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirmək üçün yaradılan uğursuz və bu gün tarixin arxivinə atılmış ATƏT-in Minsk qrupunun həmsədr ölkələri idi. Bu günümüzün reallıqları Qarabağ münaqişəsinin həlli prosesinin 30 il uzanmasına səbəb olan amillərə bir daha aydınlıq gətirir. 44 günlük Vətən müharibəsinin gedişi dövründə də ölkəmizə qarşı sanksiyanın tətbiq edilməsinə cəhd edildi. Bunu təşkil edən uğursuz ATƏT-in Minsk qrupunun həmsədr ölkələri idi. Hansı ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin hazırlanmasında və qəbulunda bu dövlətlər iştirak etmişdilər. Bu cəhdin qarşısını alan isə BMT Baş Assambleyasından sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatına üzv ölkələr oldu. Azərbaycan bu quruma sədrliyi dövründə ədalətin və beynəlxalq hüququn yanında olaraq atdığı qətiyyətli addımları ilə Qoşulmama Hərəkatına üzv dövlətlərin rəğbətini, etimadını qazandı.

Ermənistanın silahlandırılmasının davam etdirilməsinin də Qərbin planlarının tərkib hissəsi olduğunu vurğulayan V.Rəhimzadə deyib: “ABŞ, Fransa kimi ikiüzlü siyasət yürüdən dövlətlər açıq-aşkar regionda sülhün və təhlükəsizliyin təmin edilməsində maraqlı olmadıqlarını nümayiş etdirirlər. O da məlumdur ki, Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət edib. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bu müraciət iradəmizə təsir edə bilməz. Ancaq bu, nəyi göstərir? Ölkəmizə qarşı olan düşmənçilik siyasəti dayanmır. Bu müraciətin müəllifi də, ünvanı da birdir. Çünki bunun ünvanı Amerika Dövlət Departamentinin Dövlət katibidir. Zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində də yazılır. Yəni, bizi hədələmək, bizi ittiham etmək üçün özləri özlərinə məktub yazırlar”.

Deputat ABŞ Dövlət Departamentinin mütəmadi olaraq təqdim etdiyi insan hüquqlarına dair illik hesabatlarının da bu kimi məqamların açıqlanmasında yardımçı olduğunu bildirib: “Özlərinin müəllifliyi ilə hazırlanan həmin hesabatlarda Azərbaycanda guya insan hüquqlarının kobud şəkildə pozulduğu iddia edilir, Ermənistan kimi demokratik prinsiplərdən xəbərsiz, atdığı hər bir addımında bu dəyərləri kobud şəkildə pozan bir ölkə bir az da irəli gedərək “nümunə” kimi qeyd olunurdu. Bu fakt inkaredilməzdir ki, ABŞ-ın yaymağa çalışdığı “demokratiya” hər zaman bəşəriyyət üçün minlərlə insanın ölümü və xaosla nəticələnib.

Hər bir hesabat, müraciət həmin ölkələrin mövqeyinə, ən əsası beynəlxalq hüquqa, demokratik prinsiplərə hansı meyarlar əsasında yanaşdıqlarına işıq salır. Reallıq budur ki, bu gün beynəlxalq hüquq anlayışı tamamilə sarsılıb. Atılan hər bir addım, edilən cəhdlər Azərbaycanın uğurlarının, müstəqil siyasətinin bəzi dünya güclərinin narahatlığına səbəb olduğunu açıq-aşkar nümayiş etdirir. Azərbaycan bütün cəhdlərə baxmayaraq daim müstəqil siyasəti və onun yaratdığı reallıqları ilə dünyanın diqqətindədir. Heç bir dövlətin diktəsi ilə oturub- durmur, ölkəmizin daxili işlərinə müdaxilələrə yol vermir, edilən hər bir cəhdin qarşısını qətiyyətlə alır. Ölkəmizə qarşı tətbiq edilən sanksiyalara Azərbaycanın adekvat cavabları da göz önündədir. Siyasətini ədalət və beynəlxalq hüquq prinsipləri əsasında quran bir dövləti əsassız, məqsədli böhtanlarla ittiham etmək, iradəsinə təsir etmək mümkünsüzdür. Azərbaycan Prezidentinin çağırışlarında da qeyd edildiyi kimi, Cənubi Qafqazı rahat buraxsınlar, əl çəksinlər, getsinlər öz işləri ilə məşğul olsunlar, öz problemləri ilə məşğul olsunlar, öz qanlı keçmişlərini yusunlar, öz günahlarını yumağa çalışsınlar. Bu gün əzab verdikləri 100 minlərlə insanın müstəqilliyini bərpa etsinlər, müstəmləkəçilik siyasətinə son qoysunlar, xalqları əzməsinlər, hər yerə burunlarını soxmasınlar”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qafar Qənizadə: Hər bir insanın özünü tanımaq və mənəvi sağalma üçün vasitələrə ehtiyacı var

Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq

Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub

Dünya çempionatı: Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşməyib

Natalya Jukova: Bu il “Nine Senses Fest” mindən çox iştirakçını bir araya gətirəcək

Misirdə təlim təyyarəsi qəzaya uğrayıb, pilot ölüb

Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib

Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb

BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir

“Sabah” braziliyalı müdafiəçini transfer edib

Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib

Fırat Arapoğlu: “Proqramlaşdırılmış izlər” sərgisində texnologiyanın yaratdığı yeni reallıq təqdim olunur

Azərbaycan və Slovakiya arasında siyasi məsləhətləşmələrin növbəti iclası olub

Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib

Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub

AZAL-ın Naxçıvan reyslərini icra edən təyyarələri hava şəraiti ilə əlaqədar Bakıya geri qayıdıb

Lənkəran və Astarada güləş zallarına baxış keçirilib

BDU-nu ən yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə bitirən məzunların adları açıqlanıb

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

MEDİA: Fransanın bəzi media qurumlarının Azərbaycana qarşı qarayaxma kampaniyasını qəti şəkildə pisləyirik

Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub

Naxçıvanda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb

Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır

Alparslan Bayraktar: TANAP Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır

Ekspert: Azərbaycan “ağıllı şəhərlər”i və dayanıqlı infrastrukturu fəal şəkildə inkişaf etdirir - MÜSAHİBƏ

Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib

Fransalı vəkil “ayrı-seçkilik” və “nifrətə təhrik” ittihamları üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

YARAT Müasir İncəsənət Məkanında britaniyalı və bolqar rəssamların sərgiləri açılıb

Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur

Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub

Bu saata olan əsas xəbərlər

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir VİDEO

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir VİDEO

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA VİDEO

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA VİDEO

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktaydan

Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub VİDEO

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub VİDEO

Zeynep Özdemir: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı Avrasiyada sabitlik və güc mərkəzi formalaşdırıb

Aİ İspaniyanın müdafiə xərclərini artırmasına imkan verən xüsusi büdcə mexanizminin tətbiqini təsdiqləyib

® Vətəndaş müraciətlərinin elektron qaydada təqdim edilməsi və cavablandırılması imkanları genişləndirilib

Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA

Türkiyə və Azərbaycan gələcəyini elm, təhsil və texnologiya ilə birlikdə quracaq

HDQ-də döyüş atışlı taktiki təlim olub

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

Tramp mediada yayılmış şərtlərin İranla razılaşdırılmış şərtlərlə əlaqəsi olmadığını açıqlayıb

Son iyirmi ildə BDU-dan Koreya dili ixtisası üzrə 110-dan çox tələbə məzun olub

Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək

Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur

Səbinə Əliyeva: Bakı Dövlət Universitetinin məzunu olmaq həm qürur, həm də şərəfdir

Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi təşkil olunub

Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb

Mədəniyyət naziri: Bakı Dövlət Universiteti Azərbaycan elminin və təhsilinin flaqmanıdır

Şirvan kanalında batan şəxsin meyiti tapılıb

Müşavir: Balıqçılıq və akvakultura üzrə Dövlət Proqramı investisiyalar üçün yeni imkanlar açır – MÜSAHİBƏ

FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edilib

Hava limanlarının (aeroportların) idarə edilməsi QAYDASI

“Hava limanlarının (aeroportların) idarə edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb

İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahudan

Osmanlı memarlığının ən mühüm tarixi abidələrindən olan Səlimiyə camisi yenidən istifadəyə verilib

Britaniya hökumətindən hədəf: məktəblilərin 60 faizi dərslərə piyada və ya velosipedlə gedəcək

Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb

Naxçıvanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının qalibləri məlum olub

Bu il Azərbaycanın ali məktəblərini 63 mindən çox tələbə bitirir

İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində HELF/AZHAB Forum 2026 keçiriləcək

Ankarada “Bir şəhər, iki baxış” müsabiqəsinin qalibləri mükafatlandırılıb və sərgi açılıb

Aqrar sahədə yeni strateji mərhələ Azərbaycanın dayanıqlı inkişaf modelini daha da gücləndirəcək - ŞƏRH

Lənkəranda 32 yaşlı kişi şəlalədə çimərkən boğulub - YENİLƏNİB

® Dövlət qurumları ilə gənc startaplar arasında əməkdaşlığa töhfə verən hakaton keçirilib

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarələrinin Türk Ulduzları akrobatika komandası ilə qrup uçuşu həyata keçirilib VİDEO

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarələrinin Türk Ulduzları akrobatika komandası ilə qrup uçuşu həyata keçirilib VİDEO

Atletika üzrə Azərbaycan çempionatı start götürüb

Ağsuda vətəndaşların müraciətləri dinlənilib

Ramin Məmmədov: Dini etiqad azadlığının qorunması qlobal məsuliyyətdir

Ərdoğan: Bəşəriyyət İkinci Dünya müharibəsindən bəri ən kritik hadisələri yaşayır

Pakistan turizm sənayesi nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

Psixoloq: Sosial şəbəkə qadağaları yeniyetmələrdə aqressiyaya səbəb ola bilər

Məcburi köçkünlərin mənzil təminatı ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Labubu dünya çempionatının açılış mərasimində iştirak edib

Balakəndə 10 tona yaxın çətənə kolu məhv edilib

Bu günədək 85 minə yaxın təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib

Şuşa Bəyannaməsi qardaşlığın yeni tarixi mərhələsidir - ŞƏRH

Hadrut və Qırmızı Bazarda daha 12 ailəyə evlərinin açarları təqdim olunub

ANAMA: Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində aparılan minatəmizləmə əməliyyatları ən çətin proseslərdən biridir VİDEO

ANAMA: Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində aparılan minatəmizləmə əməliyyatları ən çətin proseslərdən biridir VİDEO

Cari tədris ilində tələbələrin böyük hissəsi təhsil tələbə kreditindən yararlanıb

Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə müttəfiqliyini yeni qlobal geosiyasi reallığın mühüm faktoruna çevirib - ŞƏRH

Ağır travmadan nüfuzlu universitet tələbəliyinə aparan iradə: Oxumasan, işığa çıxmayacaqsan! - REPORTAJ VİDEO

Ağır travmadan nüfuzlu universitet tələbəliyinə aparan iradə: Oxumasan, işığa çıxmayacaqsan! - REPORTAJ VİDEO

“Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ” üzrə kredit sazişi imzalanıb

DSMF-nin sədri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib

Özbəkistanlı jurnalist: Milli komandamız dünya çempionatında yalnız iştirakla kifayətlənmək niyyətində deyil

Agentlik: Dövlət və özəl qurumların adından fişinq mesajları göndərilir

“Yüksəliş” müsabiqəsinin 116 qalibindən 25-i Dövlət Proqramı məzunudur

Meşə və əkin sahələrində yanğınların qarşısının alınması istiqamətində görülən işlər nəzərdən keçirilib

Aqrar sahədə yeni mərhələ: Dövlət Proqramı sektorda müasir inkişaf modelini formalaşdırır

“Tərs saatın” yaddaşı, Sava ilə Dunayın pıçıltısı və "Ağ şəhər"in nağılı  REPORTAJ  VİDEO

“Tərs saatın” yaddaşı, Sava ilə Dunayın pıçıltısı və "Ağ şəhər"in nağılı REPORTAJ VİDEO

Emin Hüseynov: Aqrar sahədə yeni inkişaf modeli tətbiq olunur VİDEO

Emin Hüseynov: Aqrar sahədə yeni inkişaf modeli tətbiq olunur VİDEO

Bakı Limanında quru yük aşırılması 77 faiz artıb