ABŞ İRANIN NÜVƏ PROQRAMI ƏTRAFINDA YARANMIŞ BÖHRANIN HƏRBİ YOLLA HƏLLİNİ İSTİSNA ETMİR
D.Çeyninin fikrincə, Tehranın bu məsələyə yanaşması göstərir ki, iranlılar nüvə silahı yaradılması üçün lazımi mərhələyə çatmaqdan ötrü uranı sərbəst saflaşdırmaq niyyətindədirlər. O əlavə etmişdir ki, İran tərəfinin niyyəti ilə bağlı heç bir şübhə qalmamışdır.
Rusiya-İran danışıqlarının ikinci mərhələsi fevralın 16-da Moskvada keçiriləcəkdir. İranın Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) yanında nümayəndəsi Əli Əsgər Soltani bildirmişdir ki, tərəflər təklifin təfsilatını müzakirə etməlidirlər, çünki indiyədək ideya ümumi şəkildə irəli sürülmüşdü.
ABŞ-ın vitse-prezidenti BAEA Müdirlər Şurasının İranla bağlı qəbul etdiyi qətnaməni dəstəkləmişdir. Sənəddə İranın nüvə proqramı haqqında BMT Təhlükəsizlik Şurasına məlumat verilməsi nəzərdə tutulur. D.Çeyninin sözlərinə görə, bu, düzgün qərardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]