ABŞ jurnalı koronavirusun İrana gətirdiyi problemlərdən yazır
Tehran, 27 fevral, AZƏRTAC
ABŞ-da nəşr olunan həftəlik “Newsweek” jurnalı İran-ABŞ münasibəti, daha doğrusu münasibətsizliyi haqqında maraqlı məqalə dərc edib.
AZƏRTAC xəbər verir ki, jurnal İran ətrafında yaranan gərgin vəziyyətə, ölkədəki iqtisadi çətinliyə və bunlar azmış kimi yeni koronavirusun gətirdiyi problemlərə toxunub. Qeyd olunur ki, İran sərhədi aşaraq ölkəyə daxil olan koronavirusla cidd-cəhtlə mübarizə aparır. Lakin ABŞ-n tətbiq etdiyi iqtisadi sanksiyalar İranın işinə böyük maneələr yaradır və virusa qarşı mübarizəni sona çatdırmağa imkan vermir. Sanksiyalar İran vətəndaşlarını virus barəsində məlumat almaq, ondan necə qorunmaq kimi məsələlərdən məlumatsız saxlayır.
Jurnal yazır ki, sanksiyalara baxmayaraq, İran tibbi ləvazimat və dərmana, eləcə də digər farmaseptik məmulatlara olan tələbatının 97 faizini daxil imkanları hesabına ödəyir. Hətta regionun bir sıra ölkələrinə dərman ixrac edir.
Məqalədə bildirilir ki, koronavirus Çinin 30 vilayəti ilə yanaşı, dünyanın, ABŞ-da daxil olmaqla 38 ölkəsinə də yayılıb.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:43]
Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq
- 16.10.2026 [13:25]
Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı
- 16.10.2026 [12:38]
Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq
- 16.10.2026 [11:46]
Səudiyyə Ərəbistanında Asiya çempionatına hazırlıqlar davam etdirilir
- 16.10.2026 [11:30]
Fransada inflyasiya səviyyəsi 3,1 faizə çatıb
- 16.10.2026 [11:28]