“ABŞ-LA BİZNES QURMAQ” MÖVZUSUNDA KONFRANS KEÇİRİLMİŞDİR
Yanvarın 26-da “Avropa” hotelində Azərbaycanın iş adamlarının iştirakı ilə “ABŞ-la biznes qurmaq” mövzusunda konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, konfransı giriş sözü ilə ABŞ səfiri Rino Harniş açmış və ABŞ-la Azərbaycan arasında kommersiya əməkdaşlığının qurulmasına, ticarət və investisiya əlaqələrinin möhkəmləndirilməsinə kömək etməyə hazır olduğunu bildirmişdir. O qeyd etmişdir ki, ölkələrimiz arasında münasibətlər strateji xarakter daşıyır, qlobal terrorizmlə mübarizə, neft-qaz ehtiyatlarının işlənməsi sahəsində, enerji bölməsində əməkdaşlıq genişlənir, ayrı-ayrı dövlət qurumları vasitəsilə Azərbaycana texniki yardım göstərilir. Səfir xüsusi vurğulamışdır ki, 2002-2003-cü illər ərzində iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 25 milyon dollar artmışdır və onu daha da artırmaq imkanları mövcuddur.
R.Harniş onu da demişdir ki, əməkdaşlığın qeyri-neft bölməsində də inkişafına ehtiyac vardır və bu iş telekommunikasiya, kənd təsərrüfatı sahəsində canlandırıla bilər.
Konfransda ABŞ səfirliyinin Ankaradakı kommersiya məsələləri üzrə konsulu Amir Kayani, ABŞ-ın Ankaradakı Regional Kənd Təsərrüfatı məsələləri üzrə attaşesi Robert Hansen, bu ölkənin kommersiya departamentinin Azərbaycandakı BİSNİS proqramı üzrə nümayəndəsi Bəxtiyar Məmmədov və ABŞ səfirliyinin vitse-konsulu Elizabet Perri çıxış etmişlər.
Konfrans iştirakçılarını maraqlandıran suallara cavab verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]