ABŞ Prezidenti Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Rusiyanın səylərini yüksək qiymətləndirib
Bakı, 6 iyul, AZƏRTAC
Bu gün Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Barak Obama arasında telefon danışığı olub.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, telefon danışığı zamanı ABŞ prezidenti Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Rusiyanın səylərini yüksək qiymətləndirib.
Vladimir Putin iyunun 20-də Sankt-Peterburqda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyanın iştirakı ilə keçirilən üçtərəfli görüşün yekunlarına dair Barak Obamanı məlumatlandırıb. O deyib ki, bu görüşü təşkil etməklə Rusiya münaqişə zonasında vəziyyətin sabitləşməsinə və sülh prosesində irəliləyişə nail olunmasına çalışıb.
Putin amerikalı həmkarı ilə Suriya məsələsini də müzakirə edib.
Telefon danışığı Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [19:20]
Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib
- 08.10.2026 [19:18]
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb
- 08.10.2026 [17:56]
Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL
- 08.10.2026 [17:43]
Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni
- 08.10.2026 [17:33]