ABŞ Prezidenti fevralın 20-də Polşaya səfər edəcək
Varşava, 11 fevral, AZƏRTAC
ABŞ Prezidenti Co Bayden fevralın 20-22-də Polşada səfərdə olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat verib. Bildirilib ki, C.Bayden səfər çərçivəsində polşalı həmkarı Anjey Duda ilə görüşəcək, “Buxarest doqquzluğu” ölkələrinin rəhbərləri ilə bir araya gələcək, eləcə də Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin birinci ildönümü münasibətilə çıxış edəcək.
Qeyd edilib ki, A.Duda ilə görüşdə ikitərəfli əməkdaşlığın gücləndirilməsi, həmçinin Ukraynanın dəstəklənməsi və NATO-nun çəkindirici gücünün möhkəmləndirilməsi istiqamətində kollektiv səylər müzakirə ediləcək.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]