ABŞ Senatı Linn Treysini Rusiyadakı yeni səfir kimi təsdiqləyib
Bakı, 21 dekabr, AZƏRTAC
ABŞ Konqresinin Senatı Linn Treysini ölkənin Rusiyadakı səfiri vəzifəsinə təsdiqləyib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Treysinin namizədliyini 93 senator dəstəkləyib, iki nəfər isə əleyhinə səs verib. Dinləmələrin sədri “Namizədlik təsdiq edilib”, - deyə bildirib.
Xatırladaq ki, Prezident Cozef Bayden sentyabrda ABŞ-ın Rusiyadakı səfiri vəzifəsinə Treysinin namizədliyini irəli sürüb. Noyabrın sonunda ABŞ Senatının Xarici işlər komitəsində namizədliyinin təsdiqi ilə bağlı keçirilən dinləmədə Treysi Vaşinqtonun Moskvaya qarşı sanksiya kursu ilə razılaşdığını və anti-Rusiya məhdudiyyətlərinin daha da sərtləşdirilməsini dəstəklədiyini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:43]
Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq
- 16.10.2026 [13:25]
Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı
- 16.10.2026 [12:38]
Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq
- 16.10.2026 [11:46]
Səudiyyə Ərəbistanında Asiya çempionatına hazırlıqlar davam etdirilir
- 16.10.2026 [11:30]
Fransada inflyasiya səviyyəsi 3,1 faizə çatıb
- 16.10.2026 [11:28]